Bakıda müəllimə 5 sutka cəza verilib - Məktəbdə xoşagəlməz qalmaqal
28-01-2020 [09:41]
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 169 saylı orta məktəbdə baş vermiş qalmaqal nəticəsində rus dili müəllimi həbs olunub. Onun haqqında Sabunçu rayon Məhkəməsinqə qərar çıxarılıb.
Məlumata görə, məhkəmənin qərarıyla müəllim İbrahim Cəfərov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə - xırda xuliqanlıqda təqsirli bilinib. Ona 5 sutka inzibati həbs cəzası verilib.
Müəllim bu qərardan apellyasiya şikayəti verib. Yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılarkən İbrahim Cəfərov bildirib ki, məktəbdəki qanunsuzluqlara, özbaşınalıqlara susmadığına, etiraz etdiyinə görə direktorla onun arasında münasibətlər yaxşı deyildi. Müəllimin sözlərinə görə, xeyli vaxt idi ki, onunla bağlı müəllimlərə, şagirdlərə əsassız şikayətlər yazdırılır, aktlar tərtib etidirilirdi: “Axırda da Elnarə müəllimənin vasitəsilə məni şərlədilər”.
İ.Cəfərov məktəbin digər rus dili müəllimi müəllimi Elnarə Vəliyevanı söyməkdə, məktəbdə xuliqanlıq etməkdə təqsirli sayılıb.
İ.Cəfərov isə bildirir ki, Elnarə müəlliməni təhqir etməyib. Ona verilən sinif otağında lazımi şərait olmadığına görə E.Vəliyevanın dərs keçdiyi kabinetə gedib: “Xahiş elədim ki, bir günlük dərs keçməyə icazə versin. Dedi ki, bu otağı direktor ömürlük verib. Mən də dedim ki, bu məktəb də, otaqlar da kiminsə mülkü deyil. Bir az keçdi, dərs dediyim yerdə bir də gördüm ki, məktəbə polislər gəlib, məni apardılar”.
E.Vəliyeva isə bildirir ki, İbrahim müəllim onun sinifdə olmamasından istifadə edib, gəlib şagirdlərini kabinetdən çıxarıb, özü orada dərs keçməyə başlayıb. Mübahisə də bundan sonra yaranıb. Onun sözlərinə görə, İbrahim Cəfərov onu şagirdlərin, kollektivin qarşısında təhqir edib, mübahisə zamanı ona “qorxaqsan, diktatura altında işləyirsən” deyib.
Bakı Apellyasiya Məhkəməsi İbrahim Cəfərovun şikayətini təmin etməyib. O bildirib ki, Avropa Məhkəməsinə şikayət göndərəcək: “Mən şagirdlərə dərsdən sonra pulsuz məşğələlər keçirdim, öz hesabıma, pulsuz əlavə dərs vəsaitləri tapıb gətirirdim. Görünür, bunlara belə müəllimlər lazım deyil” /Bizimyol.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi