Əli Əhmədovdan Cəmil Həsənlinin vaxtından əvvəl təqaüdə çıxması ilə bağlı ittiham - debat

img

17-09-2013 [23:14]



Bu gün İctimai Televiziyada Azərbaycan prezidentliyinə namizədlərin ilk debatı keçirilib.

APA-nın xəbərinə görə, debatda prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı sənəd nümayiş etdirib və onun təqaüdə çıxması məsələsində müəmma olduğunu bildirib.

Ə.Əhmədov Azərbaycanda təqaüdə çıxma yaşı 63 olduğu halda, Cəmil Həsənlinin iki il əvvəl rəsmən təqaüdə çıxdığını və keçmiş millət vəkili kimi aylıq 2 min manat təqaüd aldığını bildirib: "Amma siz 1952-ci ildə anadan olmusunuz və təqaüd yaşınıza hələ iki il var. Belə olan halda dövlət qurumlarını necə aldadıb təqaüdə çıxa bilmisiniz?”

Səlahiyyətli nümayəndə qeyd edib ki, müvafiq qurumlar onun rəsmi sorğusuna cavab veriblər və bəlli olub ki, C.Həsənli xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb: "Cəmil Həsənlinin təqdim etdiyi arayışda onun yaxşı görmədiyi vurğulanıb. Amma indiyə qədər onu eynəkdə görən olmayıb. Bu isə onu deməyə imkan verir ki, Cəmil Həsənli dövlət qurumlarını aldadıb. Onun təqdim etdiyi arayışda ancaq yüngül, az iş saatı olan işdə işləməsinin mümkünlüyü də vurğulanıb”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA