Təhsil Nazirliyi qarşısında oturaq aksiya keçrilib

img

17-09-2013 [23:05]


Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (keçmiş ABU) bir qrup tələbəsi sentyabrın 17-də Təhsil Nazirliyi qarşısında oturaq aksiya keçirib.

Aksiya iştirakçıları nazirlikdən təhsil aldıqları barədə diplomların verilməsini və ya onların digər ali məktəblərə köçürülməsini istəyiblər: "Biz, demək olar, hər gün nazirlik qarşısında aksiya keçirib, problemimizin həllini tələb edirik. Amma heç kim müsbət cavab vermir”.

Aksiyaya qatılanların AzadlıqRadiosuna dediyinə görə, nazirliyin mətbuat xidməti əməkdaşlarından biri onlarla görüşüb və ABU ilə bağlı istintaq getdiyindən bir söz deyə bilməyəcəyini söyləyib.

Xatırladaq ki, Təhsil Nazirliyi tədrisdəki problemləri, qanunsuz tələbə köçürmələrini və s. məsələləri əsas gətirərək 2010-cu ildə ABU-nun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Onu da qeyd edək ki, universitetin rektoru Elşad Abdullayev hazırda Fransada mühacirətdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA