"Ev abad olsa, el abad olar, el abad olsa..." - Aygün Süleymanlı seçiciləri ilə görüşdü, rəqiblərinə mesaj verdi - VİDEO/FOTOLAR
26-01-2020 [23:12]
Maştağa Mədəniyyət Mərkəzində 28 saylı Sabunçu III seçki dairəsindən deputatlığa namizəd Aygün Süleymanlının seçicilərlə görüşü keçirilib.
Mia.az xəbər verir ki, görüşdə seçicilərlə yanaşı, namizədin ictimai vəkilləri, ölkənin siyasət, elm, iş dünyasının tanınan isimlər iştirak edib.
Yığıncağı açan, tanınmış jurnalist Lalə Əliyeva 9 fevral parlament seçkisinin ölkənin ictimai-siyasi həyatının ən önəmli olayı kimi dəyərləndirib: “Azərbaycan cəmiyyəti ciddi bir seçim qarşısındadır. Biz 9 fevralda ölkənin gələcəyinə səs verəcəyik. Ümid edirəm ki, Azərbaycan qədəm qoyduğu islahatlar dönəmində dövlətçiliyə sadiq, eyni zamanda yeni düşüncə sahibləri olan namizədlərə səs verəcəklər”.
Professor Qulu Məhərrəmli bildirib ki, 28 saylı seçki dairəsini Bakının ən qədim kəndlərini əhatə edir və bu kəndlərin 9 fevralda verəcəyi qərar Bakının paytaxt kimi təkmilləşməsində önəmli rol oynayacaq:“Aygün Süleymanlı Azərbaycan media məkanında, ictimai mühitində xüsusi çəkisi, hörməti, nüfuzu olan söz sahiblərindəndir. Heç kimin yanında gözükölgəli olmadığına görə və dəyər daşıyıcısı olduğuna görə, bu gün biz burdayıq, onun ictimai vəkilliyi ilə məşğuluq. Seçkilərdə o adamlara səs vermək lazımdır ki, onlar parlamentdə sizin səsinizə çevrilə bilsinlər. Ən doğru yol, Aygünün seçdiyi yoldur. O, Bakı kəndlərinin ziyalı simasıdır, o, bu kəndin mənəviyyatını ifadə edən deputat olacaq. Sizin hamınızı fecralın 9-da Aygünə səs verməyə çağırıram”.
Professor Nazim İmamverdiyev isə Aygün Süleymanlı kimi, aktiv jurnalistlərin parlament seçkilərinə qatılmasının prossesə daha geniş ictimai məna verdiyini bildirib: “Bu gün ölkəmizdə çox az insan seçki prossesinə inanır. Aygün xanım kimi jurnalistlərin seçicilərlə görüşü, aktiv təbliğat aparması, ölkədə sağlam ictimai mühit yaradılmasına xidmət edir və bu, çox sevindiricidir. Yaşadığım Zabrat kəndi ciddi sosial problemlərlə üz-üzədir. İllərdir yol, su, kanalizasiya, nəqliyyat problemləri çözülmür. Bu zamana qədər, bölgəni parlamentdə təmsil edən Eldar Quliyevin fəaliyyəti seçici olaraq bizi qane etməyib. Şəxsən mən onu bir dəfə də Zabratda görməmişəm. Hətta çoxları iki dönəm parlamentdə 28 saylı seçki dairəsinin təmsil edən şəxsin kimliyindən xəbərsizdirlər. Azərbaycan islahatlar dönəminə qədəm qoyub və bu gün dövlətin islahat siyasətinə aktiv dəstək verən ictimai fəal şəxslərin hökumətlə xalq arasında körpü rolu oynaması çağımızın tələbidir. Düşünürəm ki, Aygün xanım məhz bu dönəmdə dövlət və millətə xidmətin ən gözəl nümunəsi ola bilər. Mən hər kəsi 9 fevral parlament seçkisinə dəvət edirəm. Siz öz sözünüzü deyin ki, parlamentdə də sizin sözünüzü deyən vəkillər olsun”.
Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzini rəhbəri, iş dünyasının tanınan isimlərindən, Məlahət Qurbanova bildirib ki, ölkədə gedən islahatlar Milli Məclisin mahiyyətcə yenilənməsini tələb edir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda davam edən islahatlar vətəndaşlar tərəfindən çox böyük dəstək qazanıb. Ümid edirəm ki, bu dəstək parlament seçkisində seçici fəallığı yaradaraq və 9 fevral Azərbaycan tarixinə yeni bir dönəmin başlanğıc tarixi kimi düşəcək. Aygün Süleymanlıya fəal jurnalist fəaliyyəti ilə hər zaman vətəndaşın yanında olub. O, uzun illərdir millətdin mandatsız vəkilidir. Mən onu həm də qadın həmrəyliyi açısından müdafiə edərəm. Bir çox təcrübələr göstərir ki, qadınların idarəetmədə rolunun gücləndirilməsi müsbət mənada çox böyük dəyişikliklərə səbəb olur. Çox istərdim, bu tendensiya ölkəmizdə daha da genişlənsin. Hər kəsi seçkidə fəallığa dəvət edirəm”.
Sonra çıxış edən Aygün Süleymanlı seçiciləri fevralın 9-da öz səs hüquqlarında istifadə etməyə çağırıb: “Mən 5 il sizin xidmətinizdə olacağıma söz verirəm. Ev abad olsa, el abad olar, el abad olsa, ölkə abad olar. Bu gün biz əl-ələ verib ölkəmizi hər mənada abadlığa çıxarmalıyıq. Köhnə qaydalarla meydan sulayanların üzdə olmasına fikir veməyin. Onlar sizin inamınızı qırmağa, ölkədə dəyişiklik olmayacağına əminlik yaratmağa çalışırlar. Seçki formaldıq, onsuz da seçilən seçilib deyirlər. İnanmayın…
Bir neçə gün öncə prezident İlham Əliyev Davosda da bildirdi ki, 9 fevral seçkisi bölgədə keçirilən ən azad, ən demokratik seçki olacaq. Cənab prezident bu sözləri vətəndaşa arxalanıb deyib. Mən sizin hamınızı seçici fəallığına çağırıram. Mütləq səs hüququnuzdan istifadə edin. Öz namizədinizə səs verin. Sizin səsinizi pulla, ərzaqla almaq istəyənlərə, evlərinizə gəlib sizə hədə-qorxu gələnlərə layiq olduqları cavabı verməkdən çəkinməyin. Onlar açıq sabotajla məşğuldurlar və dövlətin və millətin iradəsinə qarşı hərəkət etməyin qarşılığını əmin olun ki, alacaqlar”.








Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi