Deputat Ramil Usubovun qəbuluna gedəcək

img

17-09-2013 [16:56]


Azərbaycanda deputatı təhqir etməkdə təqsirləndirilən şəxsə cəza verilib. Abşeron Rayon Məhkəməsinin qərarı ilə deputat Etibar Hüseynovu təhqir etməkdə təqsirləndirilən Rauf Qubadov 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

Deputat Etibar Hüseynov isə APA-ya açıqlamasında bildirib ki, məhkəmənin qərarına hörmətlə yanaşır: "Abşeron Rayon Məhkəməsinin çıxardığı qərara hörmətlə yanaşıram. Lakin qətiyyən qəbul etmirəm. Bir çox mətləblər var ki, bunu hələlik mətbuata açıqlamıram. Hazırda Azərbaycanda deyiləm. Bakıya qayıdanda daxili işlər naziri Ramil Usubovun qəbuluna gedib ona hər şeyi açıqlayacağam. Ümidvaram ki, haqq - ədalət bundan sonra öz yerini tutacaq ”.

Qeyd edək ki, mətbuatda R. Qubadovun deputat Etibar Hüseynovla dalaşması və onu təhqir etməsi haqqında xəbər yayılıb. Məlumata görə, R. Qubadov E. Hüseynovun şikayətindən sonra saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA