17-09-2013 [16:09]
Bu gün Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə adı Xalq artisti Zeynəb Xanlarova ilə pul qalmaqalında hallanan Türkiyə vətəndaşı Seyfi Azərioğluya qarşı növbəti məhkəmə prosesi keçirilib.
AzNews.az-a daxil olan məlumata görə, məhkəmə prosesində tərəflərin nümayəndələri arasında qalmaqal yaranıb.
Belə ki, Seyfi Azəroğlunun vəkili Müzəffər Baxışov Zeynəb Xanlarovanın vəkili Aslan İsmayılovun nümayəndə kimi işə buraxılmasına etiraz edib. Eyni zamanda, Aslan İsmayılovun mətbuatdakı çıxışlarına əsasən, hakimdən Aslan İsmayılovun işə şahid kimi cəlb edilməsini xahiş edib.
S.Azəroğlunun nümayəndəsi, "Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin təmsilçisi Asima Nəsirlinin bildirdiyinə görə, hakim vəsatətləri təmin etməyərək, bunu Aslan İsmayılovun bu iş üzrə əvvəllər şahid kimi dindirilməməsi ilə əlaqələndirib. A.Nəsirli Zeynəb Xanlarovanın konsertinin reklamının getdiyini əks etdirən və Los-Anceles şəhərində çap olunan qəzetin bir nüsxəsini məhkəməyə təqdim edib. Aslan İsmayılova Maral Hüseynova ilə Seyfi Azərioğlu arasında müqavilənin imzalanma tarixi, M.Hüseynovanın S.Azəroğluna 112 min ABŞ dolları məbləğində pulu harada verməsi kimi suallar verilib: "Aslan İsmayılov ona nümayəndə kimi verilən sualları cavablandırmaqdan imtina edib. Məhkəmə araşdırılması başa çatandan sonar məhkəmə çıxışlarına başlanılıb. Aslan İsmayılov məhkəmə çıxışını bir cümlə ifadə edərək qeyd edib ki, o iddiaçının iddiasını tam müdafiə edir”.
Seyfi Azərioğlunun nümayəndəsi Asima Nəsirli isə çıxışında müqavilənin iddiaçının iddia etdiyi kimi, 25 yanvar 2013-cü il tarixdə deyil, 6 aprel 2013-cü il tarixdən sonra imzalandığını bildirib. Asima Nəsirli çıxış edərək, bu səbəbdən iddiaçının iddiasının əsassız hesab edilməsi, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edib.
Qalmaqal da elə vəkillərin çıxışı zamanı yaranıb. Müzəffər Baxışov və Aslan İsmayılov arasında yaranan mübahisə zamanı hətta təhqiramiz ifadələr də işlədilib.
A.İsmayılov AzNews.az-a açıqlamasında məhkəmədə təhqir olunduğunu və qarşı tərəfin onu qalmaqala çəkmək istədiyini bildirib: "Mən heç nə demədim. Hakimə müraciət edərək, onları intizama dəvət etməsini istədim. "Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev özü onlara bir neçə dəfə asta danışmaq üçün irad tutdu”.
A.İsmayılovun sözlərinə görə, budəfəki məhkəmə prosesindən sonra növbəti prosesə qatılmamaq barədə qərar verib: "Mən növbəti prosesə qatılmayacağam, nümayəndə göndərəcəyəm. Məhkəmə hansı qərarı çıxararsa, həmin qərar münasibət bildirərik. Əgər məhkəmədə mətbuat nümayəndələri iştirak edərsə, ancaq o zaman posesə qatıla bilərəm”.
Xatırladaq ki, növbəti məhkəmə prosesi sentyabrın 25-nə təyin edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi