Azərbaycanda ölümcül virusa yoluxma halına qarşı mübarizə hansı səviyyədədir? - ÜST-dən açıqlama
24-01-2020 [12:29]
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın ölkədə koronavirusla bağlı yayılma hallarının olmaması üçün gördüyü işləri qiymətləndirib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, Azərbaycan ölkə ərazisində yoluxucu xəstəliklərin monitorinqi üçün nəzarət sistemini gücləndirir. Bu fəaliyyətlərə laboratoriya və diaqnostika imkanlarının gücləndirilməsi daxildir: "Bu yaxınlarda Taun Əleyhinə Stansiyadakı iki laboratoriyanın ÜST-nin sertifikasiya tələblərinə cavab verdiyi təsdiqlənib. Hər bir səhiyyə sisteminin təkmilləşdirilməyə ehtiyacı var və Azərbaycan bu sahənin inkişafı üzərində çalışır".
H.Harmancı qeyd edib ki, Azərbaycanda bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.
Onun sözlərinə görə, ÜST-nin məlumatına əsasən, bu xəstəlik halları hazırda yalnız Çin, Yaponiya, Sinqapur, Tailand, Tayvan və Koreya Respublikasında müşahidə olunur. Amerika Birləşmiş Ştatlarının səhiyyə qurumları Vaşinqton ştatında bu xəstəliyin qeydə alındığını təsdiq edib.
H.Harmancı əlavə edib ki, virusun mənbəyi naməlumdur. İlkin tədqiqatlar bu alovlanmanın virusun heyvandan insana ötürülməsi ilə baş vermə ehtimalının böyük olduğunu göstərir.
ÜST rəsmisi bildirib ki, xəstəlik heyvanlarla təmasla, korlanmış qidalar vasitəsilə, yaxud da insandan insana ötürülə bilir:
"Lakin onu da qeyd etmək lazımdır ki, ət və yaxud balıq məhsulu bişdikdə, onun tərkibindəki viruslar məhv olur. Çiy və az bişmiş ət məhsullarının, o cümlədən süd məhsullarının istehlakı sağlamlıq üçün zərərlidir və viruslara yoluxma riskini artırır. Cari məlumatlara əsasən, virus ağır fəsadlarla yanaşı, qripə bənzər yüngül simptomlar da yarada bilər. Əvvəl özünü yüngül formada göstərən xəstəlik ağırlaşa, xroniki xəstəliyi olan insanlarda bəzi xəstəliklərə qarşı həssaslığı artıra bilər. Virus yeni aşkar olunduğundan hələ də bəzi simptomlar naməlumdur".
H.Harmancı deyib ki, xəstəliyin əsas səbəbi məlum olmadığından ÜST insanlara bəzi ehtiyat tədbirlərini görməyi tövsiyə edir. Həmin tədbirlərə əlləri sabunla yumaq, öskürərkən və asqırarkən ağzı birdəfəlik istifadə üçün dəsmalla və ya köynəyin qolu ilə bağlamaq, qrip simptomları müşahidə edilən insanlarla yaxın təmasda olmamaq, hərarət, öskürək və təngnəfəslik müşahidə olunarsa, həkimə müraciət etmək, qidaları, xüsusilə ət məhsullarını lazımi qədər bişirmək daxildir.
H.Harmancı ÜST-nin bu xəstəlik səbəbindən beynəlxalq səfərlərin və ticarətin məhdudlaşdırılmasını tövsiyə etmədiyini də vurğulayıb/Trend.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi