Qazaxıstan Sərhəd Xidməti 4 Azərbaycan vətəndaşını saxlayıb

img

22-01-2020 [14:27]


Qazaxıstan Sərhəd Xidməti ötən gün axşam Xəzərdə dəniz sərhədini pozan 4 Azərbaycan vətəndaşını saxlayıb.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, “Sərbaz” sərhədçi gəmisi tərəfindən aşkarlanan kiçik gəmi göndərilən sorğulara cavab verməyərək qaçmağa cəhd göstərsə də, təqib edilərək saxlanılıb.

Saxlanılan şəxslər barəsində dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək maddəsi ilə istintaqa başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA