Ləman Ələşrəfqızı seçicilərlə növbəti görüşdə: "İnsanları narahat edən xeyli problemlər var..." - Camaat Təhsil Nazirliyi ilə "Azərişıq"dan kömək istəyir
22-01-2020 [10:39]
"Oğuzun Qarabaldır və Kərimli kəndlərində seçicilərimizlə görüşdük. İnsanları narahat edən xeyli problemlər var. Bu səbəbdən də seçicilərlə görüşə özümüzlə təkliflər qutusu da apardıq. İnsanlar təkliflərini versin, dərd-sərlərini bizimlə həm də bu cür bölüşsün deyə. Bu gün qutumuza xeyli məktub atdılar".
Mia.az xəbər verir ki, bunu Əməkdar jurnalist, Oğuzdan deputatlığa namizəd Ləman Ələşrəfqızı deyib.
O, qeyd edib ki, məsələn, Qarabaldır kənd camaatını xüsusilə narahat edən orta məktəbdə şagird azlığı üzündən ikinci və üçüncü siniflərin birləşdirilməsidir: “Onlar bu məsələni hətta Təhsil Nazirliyinin belə diqqətinə çatdırıblar. Amma problem həllini tapmayıb.
İkinci məsələ kəndin transformator məsələsidir. Transformator sakinlərin dili ilə desək, sadəcə ölüm saçır. “Mal-qaramız transformatorun yaxınlığında otlayır, biri öldüsə, biz də öldük”deyən insanlar bu məsələnin həllini istəyirlər.
Kəndin tibb məntəqəsi və içməli su problemi də var. Seçicilərimə jurnalist vərdişlərimi xatırladaraq, bu məsələlərin həllində yardımçı olacağımı bildirdim.
Onların mənə etimadı isə olduqca yüksəkdir. "Siz bu kənddən ən azı 90 faiz səs toplayacaqsız" deyirlər. Ümumiyyətlə, indiyə qədər görüşdüyüm hər bir kənddə bu cür etimadın şahidi oluram. Biz bu etimadı doğruldacağıq!”.
Deputatlığa namizədin seçicilərlə görüşündə qaldırılan problemlərlə bağlı "Azərişıq" ASC ilə Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Hər iki quurmdan telefon zənglərinə cavab verilməyib.
Mövzunu diqqətdə saxlayacağıq.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi