İlham Əliyev ASAN Xidmətin açlışında oldu

img

17-09-2013 [11:33]



Bakıda daha bir ASAN xidmət mərkəzi açıldı. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) daha bir filialını Yasamal rayonunda açıb. Açılış mərasimində ölkə prezidenti İlham Əliyev də iştirak edib.

Artıq Yasamal rayonun sakinləri də ASAN xidmətdə təklif olunan xidmətlərdən yararlana biləcək.

Xatırladaq ki, Dövlət başçısının imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində "ASAN xidmət” mərkəzlərinin yaradılır.

Qeyd edək ki, daha əvvəl Bakıda 1 saylı və 2 saylı (XƏTAİ) ASAN xidmət mərkəzləri və Sumqayıt ASAN xidmət mərkəzi istifadəyə verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA