Elşad Abdullayev diaspor təşkilatına rəhbər gətirildi

img

17-09-2013 [10:46]


İsveçrədə fəaliyyət göstərən Avropa Azərbaycanlıları Milli Birlik Şurası məlumat yayıb. Bildirilir ki, Məclis sədri Ataxan Əbilov tutduğu vəzifədən istefa verib və onun yerinə professor Elşad Abdullayev seçilib.

Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev Fransada yaşayır, hazırda İsveçrənin Bazel şəhərindədir.

Baş Prokurorluğun ötən ayın sonunda yaydığı açıqlamaya görə, Elşad Abdullayev insan orqanlarının qanunsuz transplantasiyası və alğı-satqısı əməliyyatlarında təqsirli bilinir və beynəlxalq axtarışa verilib ("Mediaforum")

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA