Bu gün sizi nələr gözləyir? - BÜRCLƏR
19-01-2020 [00:01]
Qoç - perspektivli planlar qurmayan, şəraiti özünə yox, özünü şəraitə uyğunlaşdırmağa üstünlük verənlər üçün gün sakit və hətta xoş keçəcək. Lakin daha az çevik və müəyyən məqsədə çatmağa can atanların vəziyyəti qibtə ediləsi olmayacaq. Onların uğur şansı minimal, məyusluqları isə çox ciddi olacaq.
Buğa - nəhayət ki, mənfi tendensiyalar geri çəkilir, sizə sakit, hətta xoş gündən zövq almağa imkan verir. Əlverişli məqamdan yararlanmaq və yeni işə başlamaq olar. Eləcə də, dincəlmək və gücünüzü bərpa etmək olar. Hər bir halda, vaxtınız hədər getməyəcək. Ailədə fikir ayrılıqları istisna deyil. Amma onlar müvəqqəti xarakter daşıyacaq.
Əkizlər - bu gün üçün münasib olan məşğuliyyətlər yaradıcılıq, əl işləri, eləcə də qiraətdir. Səs-küylü məclislərdən və kübar həyatda fəal iştirakdan imtina etmək məsələhətdir. Aktiv istirahət, idmanla məşğul olmaq və fiziki iş yalnız günün birinci yarısında məqsədəuyğundur.
Xərçəng - bu gün sizə asan olmayacaq. Hadisələr heç də arzuolunan məcrada inkişaf etməyəcək. Düzgünlük və intizamlılığına bel bağladığınız adamlar sizi pis vəziyyətdə qoyacaqlar. Maddi çətinliklər ehimalı var. Əgər şübhəli sövdələşmələrlə vəziyyəti düzəltməyə çalışsanız, çətinliklər daha da artacaq.
Şir - ötən günlərin zəhmət və qayğısını sevinc, şənlik və layiqli istirahət əvəz edəcək. Gün çox uğurlu olacaq, bəzi Şirlər heç bir səy göstərmədən uğur əldə edəcəklər. Köhnə tanışlarla görüşlər mümkündür. Onlar sizi gördüklərinə ürəkdən şad olacaq və xoş xəbərləri sizinlə bölüşəcəklər.
Qız - səhər saatlarında yaxınlarınızla mübahisələr gözlənilir. Günün ortasında isə harmoniya bərqərar olacaq. Siz tənqiddən incimir və eyhama eyhamla cavab vermirsiniz. Sülhpərvər əhval-ruhiyyənizin ətrafdakılara da sirayət etməsi üçün bir qədər vaxta ehtiyac var.
Tərəzi - gün ailəli Tərəzilərə xeyli müsbət emosiya bəxş edəcək. Onlar yaranmış imkandan yaxınları ilə vaxt keçirmək üçün istifadə edəcəklər. Bürcün tənha nümayəndələrinə isə evdə oturmamaq məsləhətdir - maraqlı tanışlıqlar mümkündür.
Əqrəb - gün gözlənilməzliklər, hazırlaşmağa macal tapmadığınız vacib hadisələrlə zəngin olacaq. Amma bunu dərd etməyin. Bu gün şəraiti göydə tutmağa, baş verənlərə dərhal reaksiya verməyə qadirsiniz. Düzdür, bu, çox yorucu olacaq. Günün sonunda hər şeydən çox sakit istirahətə ehtiyac duyacaqsınız.
Oxatan - alqı-satqı üçün əlverişli gün deyil. Pulu hətta ən yaxşı şeylərə xərcləməkdənsə, toplamaq yaxşıdır. Həyat potensialı aşağıdır. Nə qədər çətin olsa da, taqətdən düşməkdən qaçmaq lazımdır.
Oğlaq - əvvəlkilərlə müqayisədə daha az uğurlu olsa da, pis gün deyil. Diqqəti ev işlərinə cəlb etmək - komfort, interyer dizaynı və s. ilə məşğul olmaq mümkündür. Elm və araşdırma fəaliyyətində isə işlər bir qədər pis olacaq. Bu sahələrdə uğurlar cüzidir.
Dolça - xeyli təlaş və narahatlıq olacaq - bəzən boş şeylər, bəzən isə tam ciddi səbəblər üzündən. Dərd orasındadır ki, nəyin, həqiqətən, vacib, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər.
Balıqlar - bu gün sizin üçün kifayət qədər çətin olacaq. Sizə maraqlı və çox şey vəd edən kimi görünən işlə artıq başqası məşğul olur. Sizə qalan isə darıxdırıcı, yeknəsəq və yaradıcı yanaşma tələb etməyən məşğuliyyətdir. Bu gün sizi inciklik (ya konkret kimdənsə, ya da bütövlükdə həyatdan) idarə edəcək. Dava-dalaşlara səbəb olacaq, hətta, ən yaxın adamlarınıza da xoş olmayan sözlər deyəcəksiniz. Günahınızı yumaq asan olmayacaq.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi