Tağı Əhmədov Metropolitendə dəyişiklik etdi

img

17-09-2013 [10:31]



Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinə keçilib. Yay mövsümünün başa çatması və yeni tədris mövsümünün başlanması ilə sərnişinlərinin sayının artmasına səbəbilə qatarların hərəkət cədvəlində də müvafiq dəyişikliklər edilib.

Yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqə, qalan vaxtlarda 2,5-3 dəqiqədir.

Buna uyğun olaraq, "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda müddət iki dəfə artıq olur.

Qeyd edək ki, bəzi hallarda "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti daha artı qola bilər. Buna, qrayikə uyğun olaraq, "Nərimanov" elektrik deposundan xəttə çıxan qatarların "Nərimanov" stansiyasına daxil olması və ümumi qrafikə qoşulması səbəb olur.
Yeni qrafikinin müddəti 2014-cü il ilin iyul ayına qədərdir.

Onu da əlavə edək ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə istirahət günlərində qatarların «Bakmil-Nərimanov» və əks istiqamətdə hərəkətində cüzi dəyişiklər edildiyi üçün şənbə və bazar günlərinin hərəkət cədvəli ayrı-ayrılıqda təqdim olunur.

anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA