Abbas Abbasov Nazim İbrahimovun sözlərinə maraqlı reaksiya verdi: "...Şantajla məşğul olur"

img

16-09-2013 [22:01]



Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun yeni müsahibəsində baş nazirin sabiq birinci müavini Abbas Abbasov haqqında söylədiyi fikirlər onu əsəbiləşdirib. 

Mia.az xəbər verir kii, Abbas Abbasov sözügedən məsələ ilə bağlı Publika.Az-ın sualına cavab verməkdən imtina edib.

O deyib: "Jurnalistlər mənə belə suallar verməklə şantaj ilə məşğul olur. Mənim bu cür boş-boş məsələlərə cavab verməyə vaxtım yoxdur”.


Xatırladaq ki, Dövlət Komitəsinin sədri Nazim İbrahimov APA-ya müsahibəsində deyib ki, Abbas Abbasovun Söyün Sadıqov kimi Azərbaycan dövlətini dağıtmağa xidmət edən bir adamla eyni çətir altında olması düzgün deyil: "Çünki belə bəyanatların müəllifi A.Abbasov kiminlə eyni çətir altında olmasına diqqət edərək, özü üçün dəqiqləşdirmələr etməli, azərbaycançılıq ideologiyasına xidmət edən mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Yalnız bundan sonra biz onunla hər zaman əməkdaşlığa hazır olacağıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA