16-09-2013 [16:55]
Bakıda Azərbaycanın əməkdar artisiti Tünzalə Ağayeva və "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun iştirakı ilə "Mənim Prezidentim" klipinin təqdimat mərasimi keçirilib. Bu mahnı "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun himnidir.
Trend-in məlumatına görə, T.Ağayevanın ifa etdiyi "Mənim Prezidentim" mahnısının sözləri İsmayıl Dadaşova, musiqisi isə müğənninin özünə məxsusdur. Klipin rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könüldür. Klipdə Tünzalə Ağayeva Gülnarə Xəlilovanın Modalar evindən olan paltarlarda çəkilib. İçərişəhərdə baş tutan klipin çəkilişlərində mindən artıq gənc iştirak edib.
Təqdimat mərasimində "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun üzvləri, "İrəli" İctimai Birliyinin rəhbəri Rauf Mərdiyev, məşhur modelyer Gülnarə Xəlilova, ölkənin gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
T.Ağayeva bildirib: "Belə bir layihədə iştirak etmək mənim üçün şərəfdir. Mən burada böyük ruh yüksəkliyi və iftixar hissi ilə iştirak etmişəm. Qeyd etmək xoşdur ki, Azərbaycanın bütün radiostansiyalarında və sosial şəbəkələrdə təqdim olunan kompozisiya əsl hit oldu və ona görə də biz bu mahnıya klip çəkdirməyi qərara aldıq. Bütün yaradıcı kollektivinə, rejissor Ülviyyə Könülə, mənim yaradıcılığıma daim dəstək verdiyinə görə Gülnarə Xəlilovaya, rəqs nömrələrinə görə xoreoqraf Nailə Məmmədzadəyə, xüsusilə də çəkilişlərdə könüllü iştirak edən gənclərə minnətdarlığımı bildirirəm".
Ü.Könül rejissor kimi bu işdən böyük həzz alıb: "Altı saatdan çox davam edən çəkilişlər maraqlı kadrlarla yadda qaldı. Minlərlə gəncin iştirakı ilə improvizə olunan fleşmob çəkiliş prosesinə xüsusi rəng qatdı. Mən işdən böyük həzz aldım və bu layihəni könüllülərin aksiyası adlandırmaq olar. Çünki minlərlə gənc və çəkilişlər zamanı öz təşəbbüsü ilə bizə qoşulmaq istəyənlər işə böyük məsuliyyət və sevgi ilə yanaşdılar".
Təqdimat mərasimi zamanı çıxış edən gənclər təşkilatlarının nümayəndələri Nərgiz Hüseynova (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı - ATGTİ) və Niyaz Əliyev ("İrəli" İctimai Birliyi) yaradıcı kollektivə təşəkkür edib və vurğulayıblar ki, layihə gənclər arasında böyük marağa səbəb olub və ölkə regionlarında təqdimatının keçirilməsi planlaşdırılır.
"Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu Prezident İlham Əliyevin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədilə yaradılıb.
Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daim yeni məlumatlar əldə etmək üçün fb.com/mypresident.az səhifəsinə və qoşulmaq üçün www.mp2013.az səhifəsinə daxil olmaq kifayətdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi