16-09-2013 [15:55]
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindənoktyabrın 9-da keçiriləcək prezident seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsinin başlanması ilə əlaqədar "ilhamlaireli.com”saytı istifadəyə verilib.
Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, «İlhamla irəli» şüarı ilə təqdim edilən yeni versiyada Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizəd, YAP Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin son 10 il ərzindəki fəaliyyətini əks etdirən məlumatlar, fotolar və video-çarxlar yerləşdirilib.
«Bioqrafiya» bölümündə cənab İlham Əliyevin tərcümeyi-halı, fəaliyyəti, çalışdığı vəzifələr, seçkilərdə iştirakı və s. məqamlar göstərilir.
«Fotoalbom» bölümündə isə Prezident İlham Əliyevin zəngin fəaliyyətini ifadə edən poseslər- müxtəlif görüşlər, nüfuzlu beynəlxalq tədbirlərdə çıxışlar, ən müxtəlif obyektlərin açılışları, təməlqoyma mərasimləri, ictimaiyyətin nümayəndələri ilə görüşlər fotoların dili ilə öz əksini tapmışdır.
Saytda «Biz nələri etdik» bölümündə Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 istiqamət üzrə əldə olunan möhtəşəm nailiyyətlər sadalanır. Bu nailiyyətlərin sırasında «Azərbaycan iqtisadiyyatı 3 dəfə artaraq keçid dövrünü başa vurdu və dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil oldu», «Neft strategiyası uğurla davam etdirildi, mühüm transmilli enerji layihələri başa çatdırıldı və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynamağa başladı», «Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilərək tarixi nailiyyətə imza atdı və dünya siyasətinin daha fəal iştirakçısına çevrildi», «Ölkəmizdə 1.2 milyon yeni iş yerləri yaradıldı, yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5 faizə endirildi, çadır şəhərcikləri ləğv olundu», «İnformasiya - kommunikasiya texnologiyaları inkişaf etdirildi, ilk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmosu fəth etmiş ölkələr sırasına daxil oldu», «Genişmiqyaslı quruculuq - abadlıq işləri nəticəsində regionların siması əsaslı şəkildə dəyişdi, ən müasir standartlara uyğun sosial - iqtisadi infrastruktur yaradıldı» və digər məlumatlarla tanış olmaq mümkündür.
«Biz nələri etmək istəyirik» bölümündə isə qarşıda dayanan hədəflər haqda məlumatlar verilir. Belə ki, «Gələcəyə 10 addım» olaraq aşağıdakı perspektiv vəzifələrin həll olunacağı vurğulanır:
1.İqtisadiyyat 2 dəfə artırılacaq, qeyri-neft sektorunun həlledici üstünlüyü təmin ediləcək, Azərbaycan rəqabətədavamlı iqtisadiyyata malik inkişaf etmiş ölkəyə çevriləcək.
2.Yoxsulluq və işsizlik aradan qaldırılacaq, əhalinin sosial müdafiə sistemi ən qabaqçıl standartlara uyğunlaşdırılacaq.
3.Nəhəng infrastruktur layihələri başa çatdırılacaq, ölkəmiz Şərqlə Qərb arasında mühüm nəqliyyat, loqistika və ticarət mərkəzinə çevriləcək.
4.Regionlarda mövcud problemlər öz həllini tapacaq, bölgələrlə paytaxtın inkişafı arasında tarazlıq tam bərqərar olacaq.
5.Biznesin inkişafına maneçilik törədən neqativ hallar tam aradan qaldırılacaq, orta və kiçik sahibkarlığa dövlət dəstəyi əhəmiyyətli dərəcədə gücləndiriləcək.
6.Elm, təhsil və səhiyyə infrastrukturu daha da təkmilləşdiriləcək və bu sahələrdə çalışanların əmək haqları əsaslı şəkildə artırılacaq.
7.Əhalinin müxtəlif təbəqələrinin ipoteka kreditlərindən istifadəsi asanlaşdırılacaq, gənc nəslin mənzil - məişət, təhsil, məşğulluq və digər problemlərinin həllinə dövlət dəstəyi daha da gücləndiriləcək.
8.Azərbaycan müstəqil xarici siyasəti ilə beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək, regional və qlobal proseslərə təsir imkanlarını artıracaq.
9.Müasir, güclü ordu quruculuğu davam ediriləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq və azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçiriləcək.
10.Demokratik inkişaf, siyasi plüralizm, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi cəmiyyət həyatının normasına və dönməz prinsipinə çevriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi