Generalın qohumları bu gün azad edilə bilər

img

16-09-2013 [13:41]



Prezident İlham Əliyevin şəxsi mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun bir neçə ay öncə həbs edilən qohumları Osman İsayev və Rauf İsayevin bu gün azadlığa buraxılması gözlənilir. 

Bu barədə musavat.com-a Xətai rayon məhkəməsindəki mənbədən məlumat daxil olub. Xəbərdə deyilir ki, xeyli vaxtdır Xətai rayon məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə gedən prosesin son mərhələsi gəlib çatıb. Bu gün ittiham olunan şəxslərin son söz deyəcəkləri və məhkəmənin qərarı ilə azadlığa buraxılacağı gözlənilir.

Qeyd edək ki, Osman İsayev generalın bacısı oğludur. Rauf İsayev isə Osman İsayevin əmisi oğludur. İdman ustası olan Osman İsayevin və əmisi oğlunun həbsinin səbəbləri barədə mediada indiyə qədər müxtəlif cür informasiyalar yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA