“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi: seçim başlanıb
13-01-2020 [17:03]
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Uşaq Fondunun (UNICEF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “5 rayonda (Bakı şəhəri Xəzər rayonu, Biləsuvar, Qazax, Şəmkir və Tovuz) İcra Hakimiyyətləri yanında Gənclərin Yerli Məşvərət Şuralarına üzvlərin seçimi başlanıb.
Bu barədə Mia.az-a verilən məlumata görə, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin haqqında 13-14 yanvar tarixində Qazax rayonu, 21-22 yanvar Şəmkir rayonu, 23-24 yanvar Tovuz rayonu, 27-28 yanvar Biləsuvar rayonu, 29-30 yanvar Xəzər rayonunda məlumat sessiyası baş tutacaqdır.
“Seçilmiş 5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məqsədi həmin rayonlarda seçilmiş şuralar vasitəsilə qərarlar qəbul olunmasında yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyən olunması, yerli idarəetmə orqanları ilə mütəmadi məsləhətləşmələr çərçivəsində həmin məsələlərin həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsi, yeniyetmə və gənclərin sosialyönümlü məsələlərin həllində yerli idarəetmə orqanlarına dəstək olması üçün həyata keçirilir.
Gənclərin Məşvərət Şuralarının yaradılması layihəsi çərçivəsində gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırmaçılıq bacarıqlarının inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə Gənclərin Məşvərət Şuraları arasında müntəzəm dialoqun qurulması, gənclərin yerli idarəetmə orqanları ilə qarşılıqlı tərəfdaşlıq çərçivəsində gənclər arasında maraq doğuran məsələlərin müəyyənləşdirilməsi və həmin məsələlərin həlli üçün birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, Yerli Məşvərət Şurasının üzvlərinin regionun ictimai-sosial həyatında aktiv şəkildə iştirak etməklə, ümumilikdə gəncləri maraqlandıran məsələlərin həllinə və inkişafına töhvə verməsi, gənclər arasında şəbəkələşmənin inkişafına nail olunması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bakının Xəzər rayonu və yuxarıda qeyd edilmiş 4 rayonda yeniyetmə və gənclərin müxtəlif təbəqələrini (şagirdlər, tələbələr, gənc müəllimlər, həkimlər, məktəb və kollecdə çalışan şəxslər, həmkaralar ittifaqları üzvləri, gənclər təşkilatları nümayəndələri, işsiz gənclər, əlilliyi olan gənclər, köçkün ailələrdən olan və.s) təmsil edən 16-29 yaş arası fəal və cəmiyyətin inkişafına töhfə vermək istəyən gənclər, xanımlar, əlilliyi olan və köçkün ailələrdən olan gənclərin müraciət etməsi yüksək dərəcədə alqışlanır.
Müraciət edəcək gənclər arasından hər rayon üçün 20 gəncin üzvlüyü nəzərdə tutulub.
Layihə təqviminə əsasən:
1. Gənclərin Məşvərət Şuralarına üzvlərin seçilməsi: Yanvar-Fevral 2020;
2. Təlimlərin keçirilməsi: Mart-Aprel 2020;
3. Sorğunun hazırlanması və təlimlərin ikinci mərhələsi: May-İyun 2020;
4. Layihələrin icrası: İyul-Oktyabr 2020;
5. Hesabat konfransı: Noyabr-Dekabr 2020-ci il tarixlərində baş tutacaqdır.
“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi 01.01.2020-31.12.2020-ci il tarixlərini əhatə edəcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi