Beynəlxalq Sığorta Şirkəti Qarabağ qazisinin başına hansı oyunlar açıb? - Şikayət
13-01-2020 [15:44]
Qarabağ müharibəsi veteranı İsgəndər Bəhman oğlu Qasımov mətbuata “Beynəlxalq Sığorta Şirkəti” ASC ilə bağlı mətbuata müraciət ünvanlayıb.
Veteranın təqdim etdiyi sənədlərdən məlum olur ki, “Beynəlxalq Lizinq” QSC (keçmiş adı: “Join Lizinq Kompani” QSC) ilə Qasımov arasında imzalanmış 24.12.2013-cü il tarixli 580/64/2013 saylı Daxili Maliyyə Lizinqi müqaviləsinə əsasən iddiaçıya (lizinqalana) bir ədəd 10 S 941 dövlət qeydiyyat nişanlı, HMK 140 W3 markalı ekskavator-yükləyici verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı ödəniş cədvəlində qeyd edilən növbəliliklə hər ay mütəmadi olaraq lizinq haqqını (həmin ödənişə sığorta haqqı da daxildir) ödəməyə davam edir. 05.07.2-16-cı il tarixdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən avtodayanacaqda baş vermiş yanma nəticəsində lizin obyekti yanaraq sıradan çıxır və istimara yararsız hala düşür.
Faktla əlaqədar “Yanğın haqqında akt” tərtib edilərək baş vermiş hadisənin təfərrüatları qeyd edilməklə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və iddiaçının imzası ilə təsdiq edilir. Lizinq obyektinin bərpasına çəkilməli xərcin dəyəri “Aqrointer” müəssisəsi tərəfindən 18.07.2016-cı il tarixdə verilmiş 140 W3-nun təmiri ilə bağlı təklifə əsasən 62103.07 manat təşkil edib. Həmin müəssisə tərəfindən təmiri nəzərdə tutulan ehtiyat hissələrinin ABŞ dollar ilə gətirilməsi səbəbiylə həmin təklifdəki qiymətlərin AZN-USD məzənnəsindəki cari fərqə görə dəyişdirilə biləcəyi qeyd edilir. Təmirlə bağlı təklifdə yanma nəticəsində ekskavatorun idarəetmə sütunu (sükan), komplekt, komplekt kabin (kabin bağlantı elementləri, qapı, şüşələr və sair daxil olmaqla), kabin elektrik təsisatı (kabellər), monitor və sair idarəetmə avadanlıqları, operator oturacağı sıradan çıxmış və təmirinə çəkiləsi xərc 52317.7 manat təşkil etmişdir. Əlavə olaraq 7 günlük usta təmiri xərcləri (hidromekdən), ustaların otel və yemək xərcləri, təyyarə bileti (2nəfərlik), gediş-dönüş cəmi 9786 manat təşkil etdiyi müəyyənləşdirilib.
Lizinq müqaviləsinin predmetini təşkil edən bir ədəd HMK 140 W3 markalı ekskavator “Beynəlxalq Sığorta Şirkəti” ASC tərəfindən MTRC SAQ 47865 nömrəli, 29.12.2013-cü il tarixli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitələrinin sığortası sinfi üzrə sığortalanıb. 05 iyul 2016-cı il tarixli “Büynəlxalq Lizinq” QSC-nin Beynəlxaq Sığorta Şirkətinin İddialar departamentinin direktoru F.İsmayılova ünvanladığı 358 nömrəli məktubla lizinqalana verilmiş HMK 140 W3 markalı ekskavator yükləyicinin yanması səbəbiylə sığorta ödənişinin texnikanın təmirinə yönəldilməsi, 26 iyul 2016-cı il tarixli məktubla isə lizinq müqaviləsi üzrə Qasımov İsgəndər Bəhman oğlunun 22970 manat borcu olduğunu və sığorta ödənişindən həmin məbləğin lizinqverənin hesabına, yerdə qalan məbləğin iddiaçının, yəni lizinqalanın hesabına ödənilməsi bildirilib. Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri tərəfindən 07.09.2016-cı il tarixli, 324 saylı “Beynəlxalq Lizinq” QSC-yə ünvanlanmış məktubla sığorta ödənişi edilməsindən imtina edilib.
İsgəndər Qasımovun təqdim etdiyi sənədlərdən məlum olur ki, imtina məktubunda sığorta şəhadətnaməsinin “Sığorta təminatı” adlanan bölməsində ümumi sığorta haqqının cəmi 4.121 manat olduğu və ümumi sığorta haqqının, 6 hissəyə bölünərək müəyyən edilmiş tarixlərdə ödəniləcəyinin nəzərdə tutulduğu, ümumi sığorta haqqının ilk hissəsinin (686 manat) lizinqverən təfindən razılaşdırılan müddətdə, ikinci hissənin (686 manat) 18 gün gecikməklə ödənildiyi və sonra ödənişin dayandırıldığı qeyd edilib. Hadisənin baş verdiyi tarixdən sonra Ümumi sığorta haqqının qalan hissəsinin, yəni həm gecikdirilmiş 3,4 və 5-ci hissələri (2061 manat), həm də hələlik vaxtı çatmamış altıncı hissə (686 manat), ümumilikdə 2749 manat nağd qaydada ödənilib. Sığorta ödənişi barədə müraciətə cavab olaraq, Mülki Məcəllənin 935.1.9-cu maddəsinə istinad edilərək Ümumi sığorta haqqının 29.12.2014-cü il, 29.06.2015-ci il və 29.12.2015-ci il tarixlərində ödənilməsi 3, 4 və 5-ci hissələri barəsində müraciət edilən yanğın hadisəsi baş verənədək ödənilmədiyindən, həmin hadisə üzrə sığorta ödənişi edilməsindən imtina edilmişdir.
İddiaçı İsgəndər Bəhman oğlu Qasımov cavabdehlər “Beynəlxalq Lizinq” QSC və “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə qarşı cavabdehlər “Beynəlxalq Lizinq” QSC və “Beynəlxalq Sığorta Şirkəti” ASC-dən 62103,7 manat sığorta ödənişinin və hər gecikdirilmiş 148 gün üçün 0.1 faiz həcmində hesablanmış 9191 manat məbləğində dəbbə pulunun iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (yəni birinci instansiya məhkəməsi) müraciət edilib.
Birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC-dən 75 min manat sığorta ödənişi, 44475 manat məbləğində dəbbə pulu və 30 manat ödənilmişdövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilib.
Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC Apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi hissəsinin də ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının (Apellyasiya instansiya məhkəməsi) 09.08.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilin izahat və çıxışlarını dinləyərək, işin hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edib ki, apelyasiya instansiya məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılsın.
Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı İsgəndər Bəhram oğlu Qasımov cavabdehlər “Beynəlxalq lizinq”QSC-yə və “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə qarşı iş üzrə qərarına əsasən cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC –nin kassasiya şikayəti təmin edilməyib.
Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 09.08.2018-ci il tarixli 2 (103)-399/2018 saylı qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılıb.
İsgəndər Qasımovun sözlərinə görə, sözügedən məsələnin bu həddə çatmasının əsas səbəbkarı “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin İdarə heyətinin sədr müavini Vasif Əhmədovdur:
“Vasif Əhmədovla dəfələrlə bu barədə söhbətimiz olub. Bildirmişəm ki, haqlı olduğum halda məni dağa-daşa salmayın. Birinci məhkəmə instansiyasından əvvəl də demişdim ki, mən haqlıyam. İndi bütün məhkəmələr mənim haqlı olduğum barədə qərar çıxardığı halda, bir ildən artıqdır ki, hüquqlarım Vasif Əhmədov tərəfindən pozulur. Bu adam əvvəlcə mənə dəymiş 120 min manat müqabilində 70 min təklif etdi, indi isə ümumiyyətlə məsuliyyətdən boyun qaçırır. Yadınızdadırsa “EuroHome” yananda əskəriyyət sahibkarları qınadı ki, niyə mallarını sığorta etdirməyiblər. Ona görə ki, hansı məbləğdə sığorta etdirməyindən asılı olmayaraq, axırda belə çətinliklə üzləşməli olursan.
Bütün aidiyyatı qurumların rəhbər şəxslərindən xahiş edirəm ki, bu özbaşınalığa son qoyulması üçün qanunun imkan verdiyi formada müdaxilə etsinlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi