Ramiz Mehdiyev Elton Məmmədova yeni tapşırıqlar verdi - AMEA-da görüş + FOTO
13-01-2020 [11:33]
Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Yüksək Texnologiyalar Parkının (YT Park) bir qrup alim və mütəxəssisləri ilə görüşüb.
AMEA-dan Mia.az-a verilən məlumata görə, akademiyada innovasiyayönümlü tədqiqat və tətbiqi işlərə xüsusi önəm verildiyini qeyd edən akademik Ramiz Mehdiyev bu istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
Azərbaycan Respublikası üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələrin hazırlanması və icrasının həyata keçirilməsinin daha da inkişaf etdirilməsi üzrə yeni elmi və tətbiqi istiqamətlərin xüsusi əhəmiyyətini vurğulayan AMEA prezidenti qarşıdakı mərhələdə tədqiqat-layihə işlərinin sürətləndirilməsi və müvafiq dövlət orqanları, sahibkarlıq subyektləri və elmi-tədqiqat müəssisələri ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra YT Parkın direktoru, texnika elmləri doktoru Elton Məmmədov verilən tapşırıqların yerinə yetirilməsinin vəziyyəti, nəzərdə tutulan işlərin səmərəliliyini artırmaq məqsədilə qarşıda duran vəzifələr, həmçinin perspektiv layihələr barədə məlumat verib. Qurumun əməkdaşlarından Samir Süleymanov, Fərid Əhmədov, Yaşar Hüseynəliyev və başqaları rəhbərlik etdikləri layihələr üzrə hazırlanmış videoçarxlar nümayiş etdirərək patentləşdirmə, sertifikatlaşdırma, texnoloji həll prosesləri, bazara çıxış və s. məsələlər barəsində danışıb, müvafiq təkliflərini səsləndiriblər.
Müzakirələrdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, vitse-prezidentlər, akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək innovatov layihələr üzrə tapşırıqların əhatə dairəsini daha da genişləndirmək məqsədilə fikir mübadiləsi aparıb, mülahizələrini bildiriblər.
Sonda akademik Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkının rəhbərliyinə, eləcə də qurumun elmi əməkdaşlarına və mütəxəssislərinə qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, AMEA-nın brendi ilə innovativ layihələrin həyata keçirilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlarını verib.
Yüksək Texnologiyalar Parkında aparılan işlərin ölkədə dövlət səviyyəsində həyata keçirilən elmi-texniki fəaliyyətə, quruculuq proseslərinə istiqamətləndirilməsi zəruri hesab edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi