16-09-2013 [11:23]
Həbs edilən və hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan vəkil Qurban Məmmədov İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya müraciət edib.
Müraciətin bir surəti də "Azadlıq”ın redaksiyasına göndərilib. Qurban Məmmədovun müraciətini olduğu kimi təqdim edirik: "Hörmətli Elmira Süleymanova!
Mən, Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli qərarı ilə (hakim Xumar Mərdanova) haqqımda 2 aylıq həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasına yerləşdirilmişəm. Nəsimi Rayon Məhkəməsinin 01 avqust 2013-cü il tarixli qərarı ilə (hakim Etibar Hümmətov) həbsimin müddəti 02 sentyabr 2013-cü ilədək uzadılıb.
02 sentyabrda haqqımdakı qətimkan tədbiri - həbsin müddəti bitsə də, mən heç bir qanuni əsas olmadan, faktiki girov kimi Bakı İstintaq Təcridxanasında, 1-ci korpusun 67-ci kamerasında saxlanılıram.
Bununla da mənim AR Konstitusiyasının 28-ci maddəsinin II hissəsində nəzərdə tutulan "Azadlıq hüququ yalnız qanunda nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər” hüququm pozulur.
Azərbaycan Respublikasının qanunlarında "Cinayət işi məhkəməyə göndərildikdə ibtidai istintaq zamanı seçilmiş həbs-qətimkan tədbiri avtomatik olaraq qüvvədə qalır və ya uzadılır” kimi qayda nəzərdə tutulmayıb. Əksinə, AR CPM-nin 156.2-ci maddəsinə əsasən, "həbs ... yalnız məhkəmənin qərarına əsasən seçilə bilər”. 02 sentyabrdan sonra isə mənim azadlığımın məhdudlaşdırılması barədə heç bir məhkəmə qərarı yoxdur.
Mən faktiki olaraq, mənim həbsimdə maraqlı olan və məni siyasi mövqeyimə, müxalifətçilik fəaliyyətimə görə təqib edən siyasi dairələrin qanunsuz tapşırığı ilə girov kimi saxlanılıram.
Həyatım hər an təhlükə altındadır. Çünki mədəni dünyanın gözü qabağında, Avropa Şurasına daxil olan, Avropa İnsan Haqları Konvensiyasını qəbul etmiş bir dövləti yönəldən rejim açıq şəkildə - məhkəmə qərarı olmadan insanı həbsdə saxlayırsa, ondan hər cür təhlükə gələ bilər.
Yuxarıdakılara əsasən xahiş edirəm:
1. Təcili surətdə mənimlə Bakı İstintaq Təcridxanasında görüşəsiniz, məni dinləyəsiniz.
2. Mənim qanunsuz həbsdən-girovluqdan xilas edilməyim üçün vəzifələrinizi yerinə yetirəsiniz.
Öncədən təşəkkür edirəm. Sizinlə görüşənədək sağ qalmaq ümidi ilə
Girov: Q.C.Məmmədov".
12 sentyabr 2013-cü il.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi