PENTAQON TRAMPIN İDDİASINI TƏSDİQLƏDİ: "Süleymani Bağdaddakı səfirliyimizi havaya uçurmaq istəyirdi!"

img

10-01-2020 [11:34]


Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp iranlı general Qasım Süleymanini öldürülməsinin səbəbləri haqda açıqlama verib.

Mia.az xəbər verir ki, Tramp iranlı generalın ABŞ səfirliyini partlatmaq istədiyini iddia edib.

Tarmp hansı ölkədəki səfirliyin partladılma planı olduğunu isə açıqlamamışdı.

Mia.az xəbər verir ki, Pentaqon yetkililərindən biri "Reuters"ə Trampın sözlərini təsdiq edib və Süleymaninin Bağdaddakı səfirliyi havaya uçurmaq istədiyini deyib: "Bağdaddakı səfirliyimiz qarşısındakı aksiyaları da o, təşkil etmişdi. O, bizim diplomatik binamızı həqiqətən partlatmaq, havaya uçurmaq istəyirdi".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA