Ramiz Mehdiyev iki direktoru işdən çıxardı, 7 nəfərə yüksək vəzifə verdi - SİYAHI

img

09-01-2020 [20:11]


Bu gün AMEA Rəyasət Heyətinin iclas keçirilib.

Mia.az xəbər verir ki, iclasda AMEA-nın bır sıra vəzifəli şəxslərinin azad olunması və yeni təyinatlarla bağlı qərarlar da açıqlanıb.

Bəlli olub ki, Fizika üzrə fəlsəfə doktoru Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib.

Bundan əlavə, Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən azad edilərək iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.

Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru  vəzifəsinə təyin ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA