CEYHUN BAYRAMOVDAN YENİ TƏYİNATLAR - Nazirlikdə 3 mühüm postla bağlı dəyişiklik oldu

img

09-01-2020 [13:03]


Təhsil naziri Ceyhun Bayramov bu gün 3 təyinata imza atıb.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazirin əmri ilə Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə Vəfa Yaqublu təyin olunub. O, bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 

Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsinə isə bu şöbənin müdir müavini Nərminə Hüseynova gətirilib


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA