15-09-2013 [21:48]
Azərbaycanın Silahlı Qüvvələrində əsgər ölümlərinin, xüsusən də intihar hallarının artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Son bir neçə həftə ərzində ölkənin müxtəlif ərazilərində yerləşən hərbi hissələrdə intihar hadisələrinin baş verməsi isə ordu rəhbərliyinə qarşı tənqidi fikirləri daha da artmasına sə-bəb olub.
Məlumat üçün qeyd edək ki, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin KİV-lər üzərində keçirdiyi monitorinqin nəticələrinə görə, 2013-cü ilin geridə qalan dövründə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 68 nəfər təşkil edib. Məlumatda həm də qeyd edilir ki, 70 nəfərdən çox hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb.ə
Müvafiq dövrdə dünyalarını dəyişən hərbi qulluqçuların 9-u döyüş (erməni gülləsi), 59-u isə qeyri-döyüş itkiləridir. Bundan başqa, C.naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib. 7 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cə-rəyanı vurma), 11 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nə-fər ehtiyatsızlıqdan, 1 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlə-rindən, 6 nəfər xəstəlikdən vəfat edib. 12 nəfərin isə intihar etdiyi bildirilir. Dünyasını dəyişənlərin 46-sı Müdafiə nazirliyinin, 2-si Dövlət Sərhəd Xidmətinin, 7-si Daxili Qoşunların, 1-i XDMİ-nin, 2-si Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə, onların sayı 72 nəfərdir.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən "Reytinq"ə verilən məlumata görə, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfəri mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 39-u isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıb-lar. Bunların 49 nəfəri Müdafiə nazirliyinin, 5 nəfəri Dövlət Sərhəd Xidmətinin, 18 nəfəri Daxili Qoşunların hərbi qulluqçusudur.
Köhnəlmiş sistem, səriştəsiz rəhbərlik
Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin rəhbəriə Yaşar Cəfərli orduda baş verənlərlə bağlı təkliflər verməyi əhəmiyyətsiz sayır. Y.Cəfərli "Reytinq"ə deyib ki, ordu rəhbərliyinin səriştəsizliyi, nizamnamə pozuntuları və digər qanunsuzluqlar səbəbindən yüzlərlə əsgərimiz qeyri-döyüş şəraitində dünyasını dəyişir, amma Müdafiə naziri buna qarşı hər hansı addım atmaq niyyətində deyil: "Bu barədə qısa bir cümlə deməklə kifayətlənmək olar: Kim ölür-ölsün, təki Səfər Əbiyevin canı sağ olsun.
Yəni, ordu rəhbərliyi son illər dünyasını dəyişənlərin sayının artmasına sadəcə statistik məlumat kimi baxır. Müdafiə nazirinin vecinə də deyil ki, kim ölür, kim qalır. Ölüm hallarının qarşısını almaq, qanun-suzluqları aradan qaldırmaq, zabit-əsgər münasibətlərini normallaşdırmaq, ictimai rəyi öyrənmək, tək-lifləri dinləmək və digər məsələlər Müdafiə naziri Səfər Əbiyevi maraqlandırmır. Neçə ildir ki, bu möv-zuda danışmaqdan yorulmuşuq. Onsuz da, nəsə deməyin mənası da yoxdur, çünki dediklərimizdən nə-ticə çıxarmırlar".
Y.Cəfərli Müdafiə Nazirliyini tənqid edənlərin təzyiqlərə məruz qaldığını da vurğulayıb. Bildirib ki, ordu ilə bağlı tənqidi yazı yazan qəzetlər, çıxış edən ekspertlər məhkəmələrə verilib və müxtəlif formalarda təzyiqlərə məruz qalırlar: "Ələkbər Məmmədov ölkəni tərk etmək məcburiyyətində qaldı, başqalarının başına min oyun açırlar. Belə demək mümkündürsə, Səfər Əbiyev ordunu özününküləşdirib, deyir ki, "ordu mənimdir, heç kim bu qurum haqqında pis söz deməməlidir".
Biz reallıqla bağlı fikrimizi bildiririk, təkliflərimizi veririk, amma bunların heç biri nəzərə alınmır. Ölüm hal-larının qarşısını almaq üçün təkliflər verdikdə isə, deyirlər ki, özünüzü ağıllı aparmayın, biz sizdən daha yaxşı bilirik. Ona görə də rəy verməyin, fikir bildirməyin mənası yoxdur.
Cəmiyyət bacardığını elədi. Gənclər təşkilatları, bir sıra qurumlar mitinqlər təşkil etdilər, bizim təşkilatı-mız Səfər Əbiyevin fəaliyyəti və əsgər ölümləri ilə bağlı tədbirlər həyata keçirdi. Ancaq nəticəsi yoxdur. Səfər Əbiyev nə istəyir, onu da edir".
Ekspertin vəziyyətdən çıxış üçün təklifi də var. Deyir ki, Müdafiə naziri Səfər Əbiyevlə Baş qərargah rəisi Nəcməddin Sadıqov istefaya göndərilərsə, mövcud problemlərin böyük əksəriyyəti öz həllini tapar.
"Bu gün orduda yaranan problemlərin əksəriyyəti Müdafiə naziri və Baş qərargah rəisinin yarıtmaz fəaliyyətinin nəticəsidir. Əsgər ölümlərinin qarşısını almaq üçün hansı tədbirlərin həyata keçirilməsini orduda da, vətəndaş cəmiyyətində də bilənlər var. Amma əsas məsələ odur ki, orduda idarəetməni dəyiş-mək lazımdır. Bu sistem köhnəlib, qocalıb və özünü doğrultmur. Orduya yeni nəfəs lazımdır, rəhbərliyə yeni qüvvə gəlməlidir. Yəni, Səfər Əbiyev istefaya göndərilərsə, itkilərimiz azalar, digər neqativ hallar da aradan qalxar", - deyə müsahibimiz bildirib.
9 ayda 9 intihar
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinliisə "Reytinq"ə deyib ki, 2003-cü ildən bu yana Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin sayı artıb. Onun sözlərinə görə, qeyri-döyüş şəraitində baş verən əsgər ölümlərinin sayının çoxalması narahatedicidir: "Bu ilə olan məlumata görə, Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 68 hərbi qulluqçu dünyasını dəyişib, onlardan 9 nəfəri intihar edib. Ən pisi isə odur ki, qeyri-döyüş şəraitində olan itkilərimiz günü-gündən artır. Ümumiyyətlə, qeyri-döyüş şəraitində olan əsgər ölümlərinin xeyli səbəbləri var. Buna həm kadr təminatı ilə bağlı problemlər, həm də ordunun maddi-texniki təminatı səbəb kimi göstərilə bilər. Silahlı Qüvvələrdə şəxsi heyətdə tabeçilikdə olan münasibət pozğunluğu, qanunların işləməməsi, rəhbər şəxslərin qanunlara əməl etməməsi də yaranmış vəziyyətə əsas kimi göstərilməlidir".
"Orduda idarəçilik böhranı yaranıb"
C.Sümərinli təəssüflə qeyd edib ki, Azərbaycanın müdafiə xərclərinin yüksəlməsi ilə itkilərin sayının artması tempinin yüksələn xətt üzrə getməsi acınacaqlı haldır. Ekspert vurğulayıb ki, bütün bu neqativliklərin qarşısını almaq üçün ordu rəhbərliyinin dəyişdirilməsi zərurəti ortaya çıxıb: "Müdafiə Nazirliyinin rəhbər şəxslərinin dəyişdirilməsi olduqca vacibdir. Artıq 20 ilə yaxındır ki, eyni şəxslər orduya rəhbərlik edir. Bu, dünya təcrübəsində görünməyib. Bunun nəticəsidir ki, orduda idarəçilik böhranı yaranıb. Yüksək vəzifəli şəxslərdən tutmuş, aşağılara qədər, artıq tabeçilik münasibətlərində ziddiyyətlər var. Təbii ki, bu münasibətlər müstəvisində itkilərin olması qaçılmazdır. Hər şeydən öncə əsgərin dərdi öyrənilməlidir. Təəssüf ki, Azərbaycanda əsgərlərin problemlərini öyrənmək üçün mexanizm yoxdur. Tərbiyəvi İşlər İdarəsi öz vəzifələrinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Əsgərlərin qarşılaşdığı psixoloji problemlərin araşdırılması ilə məşğul olan bir qurum, bir mexanizm ortada deyil. Sovet dönəmində or-duda "zampalit" deyilən bir institut var idisə, 2000-ci ildə bu, ləğv olundu, amma Azərbaycan Silahlı Qüvvələrində buna uyğun bir mexaniz yaradılmayıb. Hesab edirəm ki, ordudakı mövcud vəziyyət ölkə rəhbərliyinin diqqət mərkəzində olmalıdır. Köklü islahatların aparılması ilə bağlı ortaya iradə qoyulmalıdır. Köklü dəyişikliklər olmasa, orduda itkilərin sayı daha da artacaq və vəziyyət getdikcə gərginləşəcək".
Ordu psixoloqu və vətəndaş nəzarəti
Hərbi ekspert, psixoloq Azad İsazadə isə ümumilikdə ölkədəki intihar hallarının artmasından danışarakən, deyib ki, bunu analiz etmək üçün yaş qruplarını, regionları, cinsi amilləri nəzərə almaq lazımdır. Çünki səbəblər bu amillərə görə fərqlənir: "Bu hadisələrin araşdıran bir qurum yaranmalıdır. Bu gün intihar hallarını pisyaxşı araşdıran bir Daxili İşlər Ќazirliyi, bir də jurnalistlərdir, qalan heç bir qurum bu işlə məşğul olmur. Polis sistemi sadəcə, istintaq aparır, prosesi yalnız hüquqi aspektdən araşdırır. Əslində isə sosioloq, psixoloq və həkimlərin birləşdiyi bir mərkəz olmalıdır ki, hadisələrin kökü müəyyənləşsin. Bu gün nə normal statistikamız var, nə normal araşdırma var, nə də normal profilaktik işlər aparılır. Or-dudakı intihar hadisələrinə gəlincə, ordu, ümumiyyətlə, qapalı bir sistemdir və orda hadisənin başvermə səbəbləri də geniş ictimaiyyətə məlum olmur".
Psixoloq hesab edir ki, ordudakı intiharların böyük əksəriyyəti nizam-intizamdan kənar münasibətlər nəticəsində baş verir. Onun sözlərinə görə, əsgər-əsgər, zabit-əsgər münasibətlərinin normal müstəviyə gətirilməsi, əsgərlərin psixoloji durumunun yoxlanması, onların xidməti şəraitə uyğunlaşdırılması üçün böyük iş görmək lazımdır: "Kazarma çərçivəsində gənc əsgərlər arasında yaranmış münaqişələri, münasibət pozğunluğunu həll edən komandirlər olmalıdır. Onlar isə bu işi "yaşlı əsgər"lərin üstünə atır-lar. Həmin əsgərlər də münasibətləri necə istəyir, elə də formalaşdırırlar və nəticədə acınacaqlı hadisə-lər olur. Digər tərəfdən, problem ondadır ki, biz orduda baş verənlərlə bağlı normal, obyektiv məlumat ala bilmirik. İntihardı, yoxsa biri-digərini öldürüb, ya da ki, təsadüfi ölüm hadisəsidir - biz bu barədə dəqiq məlumat almaq imkanında deyilik. Ona görə də vəziyyəti tam şəkildə dəyərləndirmək olmur. Guya cinayət işi açılır, amma bu prosesin necə aparılması barədə də obyektiv məlumat verilmir.
Son aylar orduda hərbi psixoloq institutunun yaradılması barədə fikirlər səslənir, amma hələlik real addımlar atılmayıb. Hesab edirəm ki, ordu psixoloqları olarsa, orduya ciddi vətəndaş nəzarəti üçün imkan yaradılarsa, bu cür neqativ halların qarşısını müəyyən qədər almaq mümkündür. Yəni, Silahlı Qüvvələrə vətəndaş nəzarəti olmayana qədər bu cür hallar davam edəcək. Artıq elə bir vəziyyət yaranıb ki, insanlar öz övladlarını xidmətə göndərməkdən qorxurlar. Əgər vətəndaş cəmiyyəti prosesə nəzarət edərsə, müəyyən qədər etimad mühiti yaranar. Mən demirəm ki, vətəndaş nəzarəti olanda bu cür hallar baş verməyəcək, amma ən azından gərginlik xeyli dərəcədə azalacaq".
Zaur ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi