Qarabağa səfər edən isveçrəli kosmonavtın adı "qara siyahı"dan çıxarıldı

img

09-01-2020 [11:23]


İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Mia.az XİN-ə istinadla xəbər verir ki, məktubunda Klod Nikolye Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA