Ümid edirəm, generallar..." - Ekspert gömrükdə üzləşdiyi neqativ halları yazdı
09-01-2020 [11:01]
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Gömrük Keçid məntəqəsində qarşılaşdığı problemlərlə bağlı maraqlı paylaşım edib.
O, ötən gün Gürcüstana getmək üçün Balakəndəki Mazımçay sərhəd buraxılış məntəqəsində olub. O. Gündüz heç bir növbənin olmadığını bildirir:
“Sərhədçi girişdə- darvazaların yanında sənədləri yoxlayıb bizi gömrük məntəqəsinə yönləndirdi.
Orada isə bir gömrük zabiti mənə yaxınlaşaraq yüksək tonla hara və nə məqsədlə getdiyimi soruşdu.Özümü eşitməzliyə qoyub nə istədiyini bir də soruşdum.
Eyni sual: “Hara və nə məqsədlə gedirsiz?”
Dərhal sual verdim ki, siz kimsiniz ki… Və hansı səlahiyyətlə mənim hara və nə məqsədlə getdiyimi öyrənməlisiniz. Qayıtdı ki, biz hamıdan soruşa bilərik və bizim təlimatlmızda bu var.
İzah etdim ki, siz bəlkə ölkə ərazisinə daxil olanlardan soruşmalısınız hansı məqsədlə ölkəyə gəlmisiniz..Gömrük zabiti qızararaq təlimatlarında bu cür səlahiyyətlərinin olduğunu bildirdi. Tələb etdim ki, onu mənə göstərsinlər. Lakin sənədi gətirib çıxartmadılar.
Təbii ki, mən imtina etdim, hara və nə məqsədlə getməyim haqqında informasiya vermədim. Ümid edirəm, gömrük generalları təlimatı ona başa salacaqlar.
Bir neçə saatdan sonra geri döndükdə isə daha bir qanunsuzluqla və xoşagəlməz situasiya ilə rastlaşdıq. Postda qarmaqarışıq bir situasiya vardı. Biri maşını yoxlamaq istəyir, o biri dirəşir ki, yox, əvvəl sənədlərə baxın.
Bu dəfə məlum oldu ki, gömrüyə xas olan məlum bölgənin məlum kəndindən olması açıq-aşkar hiss olunan başqa bir gömrük zabitinin əsas gömrük sənədi olan Nazirlər Kabinetinin məşhur 305 saylı Qərarından ümumiyətlə xəbəri yoxmuş. Zabit bu qaydaların necə tətbiq olunacağını sadəcə bilmirdi.
Elə bu səbəbdən də güman ki, şəxsi məqsədlə qonşu ölkədən hansısa bir ərzaq gətirənlərə xeyli zülm edirmiş. Zabit tam əminliklə vətəndaşlara bildirirdi ki, əgər ayda bircə dəfə 1 kq və ya 10 kq nəsə gətirdinizsə, vəssalam, bu ay ərzində heç nə gətirə bilməzsiniz.
Əvvəlki zabit səhv olduğunu anlasa da bu dəfə ölkəyə girişdə növbədə olan gömrük əməkdaşlarını anlada bilmədik. Orada özbaşına vətəndaş adına sənədləşmə aparılır, vətəndaşın razılığı olmadan başqalarının ərzağı onun adına rəsmiləşdirilir və s.
Müşahidə edirəm ki, adi vətəndaşların şəxsi məqsəd üçün gətirdikləri bütün ərzaqlar skanerdən keçirilir. Dedilər ki, tərəzi olmadığından ərzağın çəkisi skanerdən keçirməklə müəyyən olunur.
Əvvəlki səfərlərimdə qeyd etmişdim ki, islahatlar başlanandan sonra burada bəzi problemlər qalsa da vəziyyət həqiqətən də bir xeyli düzəlmişdi. Bu dəfə rastlaşdığım hallar və müşahidələrim göstərdi ki, bu posta vəziyyət pisliyə doğru xeyli dəyişib. Bilmirəm əməkdaşlara təlim keçirilirmi, yoxsa onlar məqsədyönlü olaraq bunları edirlər. DGK və DSX paralelçiliyi də öz qaydasında davam edir, 2 pəncərə sistemi var. Ümid edirəm DGK rəhbərliyi baş verənlərlərlə bağlı tədbir görəcək”.
O. Gündüz deyib ki, fiziki şəxslər tərəfindən şəxsi məqsədlə ölkəyə gətirilən malların sərhəddən keçirilməsi Qaydaları haqqında NK-nın 305 saylı, olduqca sərt və lazımsız şərtlər irəli sürən qərarının yenidən işlənməsinə ciddi ehtiyac var/Yenisabah.az.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi