"Süleymaninin qətlə yetirilməsi təhlükəsizliyə mənfi təsir edib" - Lavrovla Çavuşoğlu birgə bəyanat verdi
08-01-2020 [20:30]
"Türk axını" təbii qaz boru xəttinin açılış mərasimindən sonra Türkiyə və Rusiya prezidentləri adından hər iki ölkənin xarici işlər nazirləri - Mövlud Çavuşoğlu və Sergey Lavrov mətbuata birgə bəyanatla çıxış ediblər.
Açıqlamada ABŞ və İran arasındakı gərginliyə toxunulub, hər iki ölkənin tərəflərini sülhə çağırıblar: “ABŞ-ın yanvarın 3-də Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymanini qətlə yetirməsi bölgədə təhlükəsizlik və sabitliyə mənfi təsir edib. İranın yanvarın 8-də İraqdakı koalisiyanın hərbi bazalarına ballistik raket hücumları fonunda qarşı tərəfin hücumları və güc tətbiq etməsi Yaxın Şərqdəki mürəkkəb problemlərin həllinə töhfə verməyəcək, əksinə, yeni bir qeyri-sabitlik dövrünə səbəb olacaq. Nəticədə hər kəsin maraqlarına zərər verəcək. Həmişə xarici müdaxilələrə, birtərəfli hərbi hərəkətlərə və məzhəb qarşıdurmalarına qarşı olmuşuq. Bu baxımdan, bölgədəki mövcud gərginliyi azaltmaqla bağlı olduğumuzu bildiririk və bütün tərəfləri ehtiyatlı davranmağa və sülhə dəvət edirik”.
Bəyanatda daha sonra deyilir: “Suriyanın suverenliyinə, müstəqilliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə sadiq olduğumuzu bir daha təsdiqləyirik. Terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq və Suriyadakı separatçı birlikləri parçalamaq əzmimizi vurğulayırıq və bu çərçivədə 17 sentyabr 2018-ci il və 22 oktyabr 2019-cu il tarixli memorandumların həyata keçirilməsinin vacibliyini bir daha təsdiqləyirik. Bütün suriyalılara ayrı-seçkilik etmədən, siyasiləşdirmədən və ön şərt olmadan humanitar yardımın artırılmasının vacibliyini vurğulayırıq”.
Bəyanatda Liviya məsələsinə də toxunulub: "Liviyadakı hadisələri, xüsusilə Tripoli ətrafındakı münaqişələrin artmasını böyük narahatlıqla izləyirik. Liviyadakı vəziyyətin pisləşməsi qonşu bölgənin, bütün Aralıq dənizi bölgəsinin və Afrika qitəsinin təhlükəsizliyini və sabitliyini pozur və nizamsız miqrasiyaya, silahların daha da yayılmasına, terrorizmə və digər cinayətkar əməliyyatlara, o cümlədən qanunsuz qaçaqmalçılığa səbəb olur. Liviyanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və milli birliyinə sadiq olduğumuzu bir daha bəyan edirik. Ölkədə daimi sülhə və sabitliyə yalnız liviyalıların rəhbərlik etdiyi və liviyalılara məxsus olan, liviyalılar arasında səmimi və əhatəli bir dialoqa əsaslanan bir siyasi proseslə nail olmaq mümkündür. Davam edən münaqişənin hərbi yolla həlli yalnız daha çox fəlakətlərə səbəb olur və liviyalılar arasında parçalanmanı dərinləşdirir. BMT-nin dəstəklədiyi siyasi prosesi stimullaşdırmaq üçün əlverişli mühit yaratmağı hədəfləyən Berlin Prosesinə dəstəyimizi bir daha bildiririk və xatırladırıq ki, bu yalnız liviyalıların və qonşu ölkələrin iştirakı və öhdəliyi ilə nəzərə çarpan nəticələr verə bilər.
Mövcud kritik şəraitdə təşəbbüs və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə qarşıya qoyulmuş məqsədlərə uyğun qərar vermək qərarına gəldik. Bu çərçivədə vasitəçi olaraq Liviyadakı bütün qarşıdurmaları yanvarın 12-si saat 12:00-dan dayandırmaq, Tripolidə və digər şəhərlərdə sabitliyi təmin etmək və gündəlik həyatı normallaşdırmaq üçün lazımi tədbirlər ilə dəstəklənən davamlı atəşkəs elan etmək, çiçəklənməni bərpa etmək üçün dərhal danışıqlar masası ətrafında toplaşmağa çağırırıq. Qətiyyətlə inanırıq ki, liviyalılar vətənlərinin gələcəyini müstəqil olaraq bütün vətəndaşların maraqlarını nəzərə alan milli dialoq çərçivəsində qərar verə bilərlər".
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi