Azərbaycan XİN Ukrayna və İrana başsağlığı verib - Təyyarə qəzası ilə bağlı

img

08-01-2020 [11:36]


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tehran yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq Ukrayna və İrana başsağlığı verib.

Bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

“Tehran yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbəri böyük kədərlə eşitdik. Yaxınlarını itirmiş ailələrə başsağlığı veririk”, - deyə qeyd olunub.

Xatırladaq ki, göyərtəsində 176 (bəzi mənbələrə görə 180) nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA