Putin sabah Ərdoğanla görüşəcək

img

07-01-2020 [17:24]


Rusiya Prezidenti Vladimir Putin yanvarın 8-də Türkiyəyə işgüzar səfərə gedəcək.

Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Rusiya dövlət başçısı yanvarın 8-də İstanbulda "Türk axını" qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak edəcək. Səfər çərçivəsində Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçiriləcək.

Danışıqlarda iki ölkə arasında əməkdaşlığın inkişafının gələcəyi və Suriya və Liviyadakı vəziyyət daxil olmaqla beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA