Rüstəm İbrahimbəyov Cəmil Həsənlinin hesabına 3 min manat köçürüb

img

14-09-2013 [13:24]


Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin hesabına 3 min manat keçirib.Bunu «Yeni Müsavat»a müsahibəsində Rüstəm İbrahimbəyov özü deyib. Şura sədri indiyə qədər Milli Şuranın namizədinin hesabına cəmi 5 min manat yığılmasını mənfi qiymətləndirib:

«Bu, çox pis nümunədir. Bu o deməkdir ki, bizim xalqımız hələ seçki prosesindəki vəzifəsini başa düşməyib. Çünki demişdim ki, bu, bir siyasi aksiyadır və əsas məqsəd hər bir vətəndaşın öz adından həmin hesaba minimum məbləğ köçürməklə hakimiyyətə etirazını ifadə etməsidir. Hər halda, vətəndaşlar bu prosesi dayandırmamalıdırlar».

Rüstəm İbrahimbəyov Londona səfərə getməməsinə də aydınlıq gətirib:


«Cəmil Həsənli və Eldar Namazovla bərabər mən də Londona getməli idim, bütün hazırlıqları da görmüşdüm. Ancaq ortaya başqa işlər çıxdı və mən gedə bilmədim».

Şura sədri buna həm də səhhətindəki problemlərin mane olduğunu deyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA