PREZİDENTDƏN YENİ TƏYİNAT - Müavinə yüksək vəzifə verildi

img

07-01-2020 [16:03]


Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr postu 2018-ci ildən boş idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA