Azərbaycanın hansı naziri Riqada otel aldı?

img

13-09-2013 [23:36]


Riqa şəhərində yerləşən «Royal Otel» Azərbaycandan olan məmurlardan biri tərəfindən satın alınıb.

Mia.az Demokratiya.info-ya istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Həmin məlumatda deyilir ki, adı çəkilən oteldə bir günlük qalmaq xərci indiyə qədər 70-120 avro civarında olub. Elə də güclü imkanlara malik olmayan həmin mehmanxananın daha səmərəli işləyə biləcəyi nəzərə alınaraq, azərbaycanlı məmur onu 20 milyon dollara satın alıb.

Məlumatda vurğulanır ki, otel alındıqdan sonra onun imkanlarını artırmaq üçün daha 5 milyon dollar xərc çəkilməsi nəzərdə tutulur. Həmin oteli isə məmur öz adı ilə deyil, Azərbaycanda fəaliyyət göstərən BENKONS şirkəti tərəfindən aldırıb. Bu şirkətin Bakıda uzun müddət tikinti işləri ilə məşğul olduğu və bir sıra iri tikinti layihələrində iştirak etdiyi iddia edilir.

Şirkətin Latviyadakı rəhbəri isə bu ölkənin keçmiş daxili işlər naziridir. Onun belə bir posta təyin olunması da izi itirmək məqsədi ilə edilib.

Məlumatlı mənbələrdən aldığımız məlumata görə, həmin oteli aldıqdan sonra azərbaycanlı məmur maraqlı bir kampaniya da təşkil edib. Belə ki, o, 20 gün əvvəl Riqa şəhərində Bakıdan təyyarə uçuşları biletlərinin qiymətini ən minimuma endirib. Viza da daxil olmaqla, 3 gün 4 gecəlik oteldə qalmaq xərcləri 104 manata endirilib. Halbuki bu qiymətə uçuş təşkil etmək qeyri mümkündür. Aydın məsələdir ki, Riqadakı mehmanxananı Azərbaycanda tanıtdırmaq istəyən həmin məmur bu məqsədlə 15-20 gün öz cibindən pul xərcləməyi daha məqsədəuyğun bilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA