TRAMP IRAQI HƏDƏLƏDİ, QOŞUNLARI ÇIXARMAYACAQLARINI DEDİ: "Əgər nəsə etsələr...."

img

06-01-2020 [10:01]


ABŞ prezidenti Donald Tramp İraqı Bağdad tərəfindən "düşmənçilik olacağı təqdirdə" sanksiyalarla hədələyib.

TASS xəbər verir ki, bu barədə ABŞ lideri İraq parlamentinin ölkədən xarici qoşunların çıxarılması haqqında qərarını şərh edərkən bildirib.

"Əgər hansısa bir düşmənçilik olsa, əgər onlar bizə qəbuledilməz görünəcək nəyisə etsələr, İraqa qarşı sanksiyalar tətbiq edəcəyik, çox əhəmiyyətli sanksiyalar", - Tramp deyib.

Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, rəsmi Bağdad Amerika aviabazası üçün Vaşinqtona ödəməyincə, ABŞ qoşunları İraqdan çıxmayacaq. 

"Bizim orada çox bahalı aviabazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəməyincə, getməyəcəyik", - Ağ Ev rəhbəri qeyd edib.

"Əgər onlar bizə getməyi xahiş edəcəklərsə, əgər biz dost kimi bunu etməyəcəyiksə, onlara qarşı elə sanksiyalar tətbiq edəcəyik ki, əvvəllər heç vaxt beləsini görməyiblər. Bununla müqayisədə İrana qarşı sanksiyalar darıxdırıcı görünəcək", - ABŞ lideri əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA