ABŞ SƏFİRLİYİ İLƏ HƏRBİ BAZASINA RAKET ZƏRBƏSİ ENDİRİLDİ - İran generalın öldürülməsinə qisasla cavab verir?

img

04-01-2020 [21:35]


Bu gün İraqda ABŞ səfirliyi ilə hərbçilərinin qaldığı hərbi bazaya raket zərbələri endirilib.

Mia.az Türkiyənin Haberler.com portalına istinadla bildirir ki, iki raket zərbəsi ABŞ-ın Bağdaddakı səfirliyinin yerləşdiyi binanın ətrafına atılıb: "Hadisədən dərhal sonra səfirliyə gedən yol təhlükəsizlik qüvvələri tərəfindən qapadılıb. Bu hadisənin baş verdiyi anda İraqın Səlahaddin vilayətində yerləşən  və ABŞ hərbçilərinin qaldığı ölkənin ən böyük hərbi bazası olan Bələd bazasına da raket hücumu təşkil olunub".

İlkin məlumata görə, hərbi bazaya 3 raket zərbəsi endirilib.

Hadisə nəticəsində insan itkisi, o cümlədən hücumu hansı qüvvələrin gerçəkləşdirdiyi açıqlanmasa da, bölgədəki mənbələr raket zərbələrini İranmeyilli qüvvələrin təşkil etdiyi ehtimalının qüvvətli olduğunu deyirlər.

Xatırladaq ki, ABŞ hərbçiləri yanvarın 3-də İranın SEPAH qüvvələrinin komandanı, general Qasım Süleymanini Bağdad yaxınlığında raketlə öldürüb.

Rəsmi Tehran isə bunun cavabsız qalmayacağını bəyan edib.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA