Ruhanidən Amerikaya növbəti təhdid: "Cavab verəcəksiz"

img

04-01-2020 [20:13]


"ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlılarının komandiri general Qasım Süleymanini öldürərək Yaxın Şərq üçün yeni və təhlükəli yola çıxıb".

"RİA Novosti” xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

"Təəssüf ki, amerikalılar region üçün olduqca təhlükəli ola biləcək yeni yola çıxıblar. Buna görə, hazırkı şəraitdə dost ölkələrin daha çox sıx məsləhətləşməsi və koordinasiyası lazımdır", - deyə Ruhani Tehranda Qətərin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşündə bildirib.

Ruhani əlavə edib ki, ABŞ general Qasım Suleymanini “ən cinayətkar obrazla" öldürüb, hansı ki, "terrorizmlə dünya mübarizəsini təcəssüm etdirirdi".

Onun sözlərinə görə, Vaşinqton buna görə cavab verməli olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA