RƏSMİ BAKIDAN İRANLI GENERALIN ÖLDÜRÜLMƏSİNƏ REAKSİYA:  "Zorakılıqdan və..."

img

04-01-2020 [19:47]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif telefonda müzakirə aparıblar.

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Məlumata görə, Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırıb.

E.Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA