Həbsdə olan N!DA-çının babası vəfat etdi

img

13-09-2013 [22:56]


N!DA Vətəndaş Hərəkatının qanunsuz olaraq həbs edilən üzvü Rəşadət Axundovun babası Ənayət Axundov bu gün gecə saatlarında vəfat edib. Bu barədə Rəşadət Axundovun həyat yoldaşı Türkan öz facebook profilində status paylaşıb. 

Musavat.com-un məlumatına görə, Rəşadət Axundovun babası Ənayət Axundov aparıldığı Sabunçu rayon xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Axundov dünən axşam saatlarında prokurorluğun R.Axundova qarşı yeni ittiham irəli sürməsi barədə xəbəri aldıqdan sonra damarlarını kəsərək intihar etmək istəyib. Ramana qəsəbəsində yaşayan Ə.Axundov dərhal Sabunçu rayon xəstəxanasına çatdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA