Rəsmi Moskvadan İran generalının öldürülməsinə - Reaksiya 

img

03-01-2020 [15:13]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığında vurğulayıb ki, iranlı general Qasım Süleymaninin öldürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

“Bağdad aeroportuna zərbənin gedişatında Qasım Suleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsi ilə əlaqədar vəziyyət müzakirə edilib”, – deyə Rusiyanın xarici siyasət idarəsində qeyd ediblər.

Lavrov vurğulayıb ki, BMT-yə üzv dövlətin rəsmi nümayəndələrinin üçüncü suveren dövlətin ərazisində BMT-nin üzvü olan digər dövlət tərəfindən öldürülməsi ilə bağlı məqsədyönlü aksiya beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozur və qınanılmağa layiqdir.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA