ŞANS TANINMAYAN DEPUTATLAR, İŞDƏN ÇIXARILAN, yaxud HƏBS OLUNAN MƏMURLAR... - 2019-da kimlərin karyerası bitdi?
01-01-2020 [17:21]
2019-cu il strukrur islahatları və istefalarla yadda qaldı.
Srtuktur islahatları ilə bağlı ilk addım 2019-cu ilin yanvar ayında atıldı və bir neçə qurumun ləğv edilməsi, yenidən formalaşdırılması ilə bağlı Prezident Sərəncam imzaladı. Belə ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edildi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edildi və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunması prosesinə başlanıldı. 2019-cu il 18 yanvarında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə ləğv olundu.
Onlar, “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” oldu. Onların əsasında DSMF-nin nəzdində olmaqla həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanıldı. Struktur islahatları il boyu davam etdi.
İlin sonuna yaxın, yəni oktyabrın 22-də Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ləğv olundu. Hər üç dövlət qurumu İqtisadiyyat Nazirliyinə birləşdirildi. Noyabrın 29-da isə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv edildi. Bu qurumun bütün səlahiyyətləri Azərbaycan Mərkəzi Bankına verildi.
2019-cu il ciddi kadr islahatları ilə yadda qalan oldu. Uzun zaman hakimiyyətin müxtəlif qollarında vəzifə tutan bir çox məmurlar da “istirahətə” göndərildi. Prezident Adminstrasiyasına 24 il rəhbərlik etmiş Ramiz Mehdiyev istefaya göndərildi və Elmlər Akademiyasına prezident təyin edildi.
2018-ci ildən Baş nazir kürsüsündə Artur Rəsizadəni əvəz edən Novruz Məmmədovu Prezidentin köməkçisi Əli Əsədov əvəzlədi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov tutduqları postdan azad edildi. Bundan əlavə yuxarıda sözügedən ləğv edilmiş qurumların rəhbərlərindən də işsiz qalan, yeni vəzifələrə təyin olunan məmurlar oldu.
İslahat İcra Hakimiyyəti başçılarından da yan keçmədi. Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı başçısı Gülağa İslamov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev istefaya göndərildi.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə korrupsiya əməllərinə görə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanıldı və həbs edildi. Keçmiş başçılardan isə Yevlax şəhər İcra Hakimiyyətinin sabib başçısı Qoca Səmədov da rüşvət ittihamı ilə həbs olundu. Bundan başqa İcra Hakimiyyətlərində müxtəlif yerdəyişmələr də baş verdi.
Son olaraq isə ölkə gündəmini zəbt edən daha mühüm hadisə baş verdi.
Ölkə başçısının sərəncamı ilə Milli Məclis buraxıldı və 2020-ci ilin fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin edildi. Bununla da uzun illər deputat kürsüsünü tutmuş bir çox parlament üzvləri kənarda qaldı. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin siyahısında “stajlı deputatlardan” Bahar Muradova, Arif Rəhimzadə, Ağacan Əbiyev, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilov, Mirkazım Kazımov, Sevinc Hüseynova və Tahir Süleymanovun adı yer almadı.
Cəbhə.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi