İlham Əliyev Bakının daha bir parkında: Eldar Əzizovla Elxan Abdullayev görülən işlərlə bağlı məlumat veriblər + FOTO
30-12-2019 [12:08]
Bu gün Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev dövlət başçısına parkda həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.
Bildirilib ki, bu parkın ərazisi 1,1 hektardır. Abadlıq və yenidənqurma işlərinin yüksək səviyyədə həyata keçirildiyi parkda sakinlərin, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, paytaxt Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan nəcib təşəbbüs Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla və kompleks şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi ətraf mühitin mühafizəsini və eyni zamanda, insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməyi qarşıya məqsəd qoyub. Ölkəmizdə bu istiqamətdə silsilə tədbirlər və genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.
Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakıda abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığı və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir.
Parkda görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi