Vilayət Eyvazov iki polis rəisinə yüksək vəzifə verdi - DİN-də idarə rəisi təyinatları

img

29-12-2019 [13:17]


Daxili İşlər Nazirliyində yeni kadr təyinatları olub. 

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Soltan Zeynalov vəzifəsindən azad olunaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev isə DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi təyin olunub.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA