ƏƏSMN üzrə doktoranturaların yaradılması ləğv olundu, bu nazirliklə bağlı isə... - Əli Əsədovdan daha bir qərar

img

29-12-2019 [11:17]


Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə doktoranturaların yaradılması ləğv edilib. Artıq Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində fəlsəfə doktoru üzrə kadrlar hazırlanmayacaq.

Yeni qərarla Gənclər və İdman Nazirliyi üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə kadr hazırlığı aparılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA