Rüstəm İbrahimbəyov Bakıya gələcək

img

13-09-2013 [15:13]


"El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun bu qurumun prezidentliyə vahid namizədi Cəmil Həsənli və İcra Aparatını rəhbəri Eldar Namazovla birlikdə Londona səfər etməkdən imtina etməsi ilə bağlı yayılan informasiyaları təkzib edib.

Eldəniz Quliyev Avropa.info-ya açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov Londona gedə bilməsə də bu görüş mütləq baş tutacaq: "Belə məlumatı yayanlar qaşınmayan yerdən qan çıxarırlar. Rüstəm müəllim işləri olduğu üçün Londona səfər edə bilməyib. Digər tərəfdən onun səhhətində problemlər yaranıb, böyrəyində daş var. Düşünürəm ki, bu görüş ya Moskvada, ya Bakıda mütləq olacaq. Çünki Cəmil Həsənli prezidentliyə vahid namizəddir. Biz istərdik ki, Rüstəm İbrahimbəyov Bakıya gəlsin, görüş də burada olsun. Azərbaycan hakimiyyəti Rüstəm müəllimin Bakıya gəlişini əngəlləməyə çalışır, cinayət işi açırlar. Hesab edirəm ki, bu vətən Rüstəm müəllim kimilərindir, nəinki, onun gəlişini əngəlləməyə çalışanların".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA