BÖYÜK SEVİNCLƏ QARŞILANAN TƏLTİF VƏ... - Məktəb direktoru yazır
28-12-2019 [23:14]
Təhsil Nazirliyinin İnsan Resusları Mərkəzinin rəhbəri Murad Camalzadə Azərbaycan təhsilinin ən uğurlu kadrlarından biridir.
Bu gün təhsildə aparılan uğurlu kadr islahatlarında - istər müllimlərin işə qəbulunda, istər onların mövcud bilik və bacarıqlarının qiymətləndirilməsində, istərsə də yeni qaydada direktorların işə qəbulunda onun misilsiz xidmətləri hər kəsə məlumdur.
Ona görə də 27 dekabr 2019-çu il tarixdə Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramov xüsusi xidmətlərinə görə Murad müəllimə TƏŞƏKKÜRNAMƏ imzalayanda, hər bir təhsil işçisi sevindi.
Sosial məkanda bu sevinc saysız təbriklərdə öz əksini tapdı. Bu arada qeyd edim ki, mən də ömrünü təhsilimizdə keçirən, təcrübəli bir pedaqoq kimi nazirimizin bu təltifini alqışlayıram. Sağ olsun, cənab nazirimiz Ceyun Bayramov! ...
Sirr deyil ki, bu gün təhsil sistemində yalnız ən fədakar, ən qabiliyyətli, ən işgüzar müəllim və digər pedaqoji işçilərin əməyi təqdir olunur. Heç vaxt Təhsil Nazirliyi indiki kimi ictimaiyyətə açıq olmayıb. Nazirliyin rəhbər strukturlarının ərazilərdə olması, vətəndaşlarla görüşləri böyük sevgi ilə qarşılanır.
Dünya təhsil sistemində Azərbaycan təhsilinin bütün istiqamətlər üzrə inkişaf dinamikası nə qədər qürurvericidir. Bu inkişafın, bu yeniləşmənin ən nəzərəçarpacaq yeri KADR İSLAHATLARIDIR. Təbii ki, hələ o islahatlar davam edir, o islahatlarda Prezidentimiz cənab İlham Əliyevin iradəsi və müvafiq sərəncamlar var.
Cox hörmərli Murad Camalzadə!
Nazirimiz tərəfindən əməyinizə verilən qiymətə görə Sizi ürəkdən təbrik edirik. Yaxşıların, ən layiqlilərin əməyi təqdir olunanda, sevinməmək mümkün deyil. Bu müraciəti də böyük sevinc hissi ilə yazıram. İnsan Resusları Mərkəzinin uğurlu fəaliyyəti nəticəsində ucqar bir kənd məktəbimizdə bütün fənlər ixtisas müəllimləri tərəfindən tədris olunur. Simanızda TN-nın kadrlar şöbəsinə və İRM-nın bütün əməkdaşlarına təşəkkür edirik. Sizi kimi insanlara güvənirik, operativliyinizi alqışlayırıq.
Sadə bir misal: Bu günlərdə məktəbimizin coğrafiya müəllimi İsayev Əlidursun Feyruz oğlu yeni qaydada, şəffaf şəkildə rayonumuzun Məzrəli kənd tam orta məktəbinə direktor təyinatı aldı. Yaxşı müəllim olduğundan bu təyinata nə qədər sevinsək də, müəllim-şagird kollektivimiz tək ixtisaslı müəllim olduğunda narahatçılıq hissi keçirdi. Hətta valideynlər də müraciət etdi. Üç gün çəkməmiş Bakı Dövlət Universitetinin coğrafiya fakultəsini bitirmiş və MİQ-də yüksək bal toplamış yeni bir müəllim məktəbimizə göndərildi. Qeyd edim ki, Azərbaycanın müxtəlif diyarlarından olan 8 nəfər belə təyinatçı müəllim məktəbimizdə müxtəlif ixtisaslar üzrə müəllim işləyir və tam qayğı ilə əhatə olunublar...
Murad müəllim, Ulu Tanrı Sizi qorusun! Hesab edirik, davam etməkdə olan kadr islahatlarında və nəzərdə tutulmuş struktur dəyişikliklərində Sizin yeriniz və əməyiniz gərəkli olacaq.
Səxavət Tağlar (Tağıyev),
İmişli rayonunun Əliqulular kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi