Kəmaləddin Heydərovun qəbulunda basa-bas, görüşə 5 min nəfər yazılıb

img

13-09-2013 [15:09]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov şimal-qərb bölgəsində yerləşən 10 rayonun sakinlərini qəbul edir.Görüş Zaqatalanın Əliabad kəndində baş tutub. Nazir zəlzələdən zərərçəkənləri qəbul edir. MIA azadliq.org-a isinadən xəbər verir ki, Kəmaləddin Heydərovla görüşə 5 mindən artıq şikayətçi yazılıb. Görüşün keçirildiyi ərazidə izdihamdır. Hətta sıxlıq ucbatından huşunu itirənlər, ürəyi gedənlər də olur. Bir nəfər isə halı pisləşdiyi üçün təcili yardımla xəstəxanaya aparılıb. Ərazidə xeyli sayda təcili yardım və post-patrul xidməti növbə çəkir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin əsgərləri də görüş yerini mühafizə edirlər.

Müxbirlər ərazidən uzaqlaşdırılıblar.

Günün ikinci yarısında nazirin başqa şikayətçilərlə rayon mərkəzində görüşməlidir. Artıq indidən rayonda yollar bağlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA