Gənc alimlərin III respublika innovativ ideya yarmarkası keçiriləcək

img

13-09-2013 [13:22]


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinindəstəyi və AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 16-20 sentyabr tarixlərində "Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası” adlı tədbir keçirəcək. İdeya Yarmarkasının açılış mərasimi 16 sentyabr saat 12.00-da Hilton mehmanxanasında keçiriləcək. Açılış mərasiminə dövlət qurumlarının, AMEA və Gənclər və İdman Nazirliyinin rəsmiləri, AMEA institutlarının direktorları, gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri dəvət olunublar.

Tədbir digər günlərdə isə Novxanı qəsəbəsində yerləşən Olimpik Otelində davam edəcək.

Tədbir günlərində konfrans, seminar, elmi-innovativ işlərin təqdimatlarının keçirlməsi nəzərdə tutulmuşdur.

Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkasında keçiriləcək tədbirlər: Davamlı İnnovativ İnkişafın Elmi-Strateji Əsasları Gənc Alimlərin Tədqiqatlarında, Elmi gəncliyə sərmayə - gələcəyə sərmayə: gənc alimlərin yeni elmi-innovativ işlərinin təqdimatları, Azərbaycan elmində innovativ inkişafın müasir göstəriciləri - gənc alimlərin baxışları, Humanitar elmlərdə innovasiya.

"Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası” adlı tədbirdə AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alim, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar iştirak edə bilərlər.

Tədbirdə iştirak etmək istəyən gənc alim və tədqiqatçılar anket formasını doldurub təşkilat komitəsinə elektron formada, ideyayarmarkasi2013@mail.ru ünvanına 12 sentyabr 2013-cü il saat 18.00 tarixinə qədər göndərə bilərlər. (Anket formasının elektron variantınıwww.strategiya.azveb səhifəsindən də əldə etmək olar)

Tezislər 2 səhifəyə qədər ola bilər və Times New Roman şriftində, 14 ölçüdə, üzərində iddiaçının adı, soyadı, iş və ya təhsil aldığı müəssisə, telefon və elektron poçt ünvanı yazılmaqla elektron variantda ideyayarmarkasi2013@mail.ru ünvanına göndərilməlidir. (Üzərində iddiaçının əlaqə məlumatları olmayan tezislər qəbul edilməyəcək). Tezislərin son qəbul tarixi 12 sentyabr 2013-cü il saat 18.00-dəkdir.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA