Fransa jurnalı Elman Rüstəmovun qızından yazdı

img

13-09-2013 [12:12]


Fransalı jurnalist Kira Branzənjer moda aləmindən bəhs edən "Paris capitale” jurnalında dərc etdirdiyi "Günel öz moda kolleksiyası üçün Parisi seçdi” sərlövhəli məqaləsində gənc azərbaycanlı modelyer Günel Rüstəmovanın Parisdə nümayiş etdirdiyi moda kolleksiyasından söhbət açıb.

Musavat.com-un AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, məqalə Günel Rüstəmovanın sözləri ilə başlanır: "Paris modalar paytaxtıdır. İlk moda kolleksiyamla bu şəhərə gəlmək ən böyük arzum idi”. 

Müəllif azərbaycanlı modelyerin hazırladığı paltarların onun Londondakı emalatxanasında və internet vasitəsilə satıldığını diqqətə çatdırıi və Parisin modalar dünyasının Günel Rüstəmovanın öz istedadını tanıtmaq istiqamətində ilk mərhələ olduğunu vurğulayıb. Elə bu məqsədlə ən bahalı zinət əşyalarının satıldığı məşhur Vandom meydanında qotik üslubunda tikilən "Evrö” otelində Günelin moda kolleksiyasının nümayiş etdirildiyi qeyd olunur. 

Tanınmış moda ustası Jan-Klod Jitrunun Günel Rüstəmovanın modalarını yüksək qiymətləndirdiyi də məqalədə yer alıb.

Gənc modelyerin ağ qızıl və gümüşlə bəzədilən müxtəlif forma və rənglərdə paltar kolleksiyasının böyük uğurla nümayiş etdirildiyi bildirilir.

Məqalədə, həmçinin Günel Rüstəmovanın Azərbaycandan sonra moda sahəsində təhsilini Londonda davam etdirdiyi, onun kolleksiyalarının Londondan əlavə, Rusiyada, Ukraynada və Qazaxıstanda müvəffəqiyyətlə nümayiş olunduğu vurğulanıb.

 Qeyd edək ki, Günel Rüstəmova Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun qızıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA