Məktəblərdə satışı qadağan olunmuş qidalar - Siyahı

img

12-09-2013 [21:15]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını açıqlayıb. Qadağan olunmuş qida məhsullarının siyahısı da hazırlanıb. 


1. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla)
2. İçalatı təmizlənməmiş quş
3. Vəhşi heyvanların əti
4. Suda üzən quşların yumurtası və əti
5. Qabığı çirklənmiş yumurta, və həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta
6. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər
7. Termiki emala məruz qalmayan yaşıl noxud
8. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.
9. Mənşəyi məlum olmayan ərzaq məhsulları.
10. Kremli şirniyyat məmulatları (piroq və tortlar)
11. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama
12. Ev şəraitində hazırlanmış qatıq
13. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları)
14. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas
15. Kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd
16. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq
17. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər
18. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər ( kəskin ) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar
19. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr
20. Təbii kofe, alkoqollu, energetik içkilər
21. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar
22. Qazlaşdırılmış içkilər
23. Bitki yağları əsasında süd məhsulları və dondurma
24. Saqqız, çipsilər
25. Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları.
26. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər.
27. Yumurtalı makaronlar, qayğanaq
28. Frityurda qızardılan piroqlar və ponçiklər

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA