Səhiyyə naziri Rövnəq Abdullayevin xəstəxanasına lisenziya vermir

img

12-09-2013 [13:47]


Səhiyyə Nazirliyi Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə məxsus "Modern” hospitalına lisenziya verməkdən itina edib. Bu barədə "moderator.az” saytı məlumat yayıb.

Məlumata görə, lisenziya probleminin həlli üçün Rövnəq Abdullayev şəxsən səhiyyə naziri Oqtay Şirəliyevə telefon açıb. Ancaq ARDNŞ şefi səhiyyə nazirindən "yox” cavabını alıb.

Saytı məlumatlandıran mənbə deyib ki, Rövnəq Abdullayevin yeni lisenziya almaq istəyi hospitalda Doğuş şöbəsinin açılması ilə bağlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA